Icma.az
close
up
RU
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər

Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Xankəndi şəhərində müşahidə etdiyimiz olay ənənəvi terror fəaliyyətinin nümunəsidir. Yəni hansısa qüvvələr ərazini tərk edərkən gələcəkdə terror aktları törətmək məqsədilə şəbəkə qurub, silah və partlayıcı maddələr gizlədərək anbarlar yaradıblar”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında ötən gün Xankəndidə terror aktı həyata keçirmək istəyən erməniəsilli şəxsin hərəkətlərini şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Azərbaycanın uzun illər Qarabağda separatizm və terrorla üzləşdiyini xatırladan T. Zülfüqarov əlavə edib ki, həmin separatçı qüvvələr Ermənistan və Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında hərəkət ediblər: “Məsələn, indi Bakıda məhkəmə qarşısına çıxarılan saxta prezident Bako Saakyan bir vaxtlar Moskvada işləyib və Rusiya xüsusi xidmət orqanı ilə əlaqəli olub. Səhv etmirəmsə, o zaman belaruslu Zenkyeviç adlı bir general var idi və bütün əməliyyatları həmi şəxs idarə edirdi. Köçəryan və Sarksiyan boş şeylər idi. Yəni demək istəyirəm ki, bizə çox məsələlər məlumdur”.
Sabiq nazirin fikrincə, mümkündür ki, Xankəndidə terror törətmək istəyən şəxsin fəaliyyəti yuxarıda qeyd olunan məsələ ilə bağlıdır: “Yəni ərazini tərk edərkən gizli silah anbarı və gələcəkdə terror fəaliyyəti üçün əsaslar yaradıblar. Bu adamın Qarabağda qalması da bununla bağlı ola bilərdi. Sözsüz ki, həmin şəxs hədəf və niyyətinə nail ola bilməyəcəkdi. Ancaq mümkündür ki, onu qurban verməklə məsələni gündəmə gətirmək istəyi və niyyəti olsun”.
Dilomat qeyd edib ki, bu məsələdə bir sıra ehtimallar irəli sürmək mümkündür: “Biz gördük ki, Minsk qrupu ləğv edildikdən sonra Ermənistanda qərarlaşan keçmiş Qarabağ separatçıları fəallaşmağa başladılar. Mümkündür ki, onlar Minsk qrupunun ləğvindən sonra “Biz də varıq!”,- demək istəsinlər. Yəni müxtəlif fərziyyələr səsləndirmək mümkündür. Əsas odur ki, terrora cəhd edən şəxs sağdır və istintaq gedir”.
T. Zülfüqarov sonda deyib ki, Qarabağda silah gizlədilməsi məsələsini Azərbaycanın mütəxəssisləri bilir və mümkün qədər bu məsələlərə nəzarət olunur. “İndi bizim üçün vacibi bu terrorçunun ad çəkib, kimin göstərişi ilə bu hadisəni törətmək istədiyini deməsidir. Bizə həmin şəxsə bu əmri kimin verməsi daha maraqlıdır”,- deyə sabiq nazir yekunlaşdırıb.
Nemət ORUCOV
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see274

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see231

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see220

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see213

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see194

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see175

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see165

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see156

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see142

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see141

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see138

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see137

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see135

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see134

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see128

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see127

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see127

Ukraynanın xəritəsi yenidən çəkilir: Kiyev üçün inanılmaz ssenari

16 Dekabr 2025 00:57see126

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri