Icma.az
close
up
RU
Zülmətin içində sönməyən ümidlər

Zülmətin içində sönməyən ümidlər

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Ərtoğrol Cavid... Bu ad bizə kimləri, hansı hadisələri, duyğuları xatırladır? Bu şəxs dahi mütəfəkkir Hüseyn Cavidin yadigarlarından biri, onun soyadını uca tutan, eyni zamanda Azərbaycan ədəbiyyatında və musiqisində parlayan, çox heyif ki, tez sönən bir istedad günəşidir.

Əfsuslar olsun ki, yenicə şəfəq saçmağa başlayan bu istedad günəşinin üzərinə çökmüş qara buludlar onu parlamağa qoymadı. Dövrünün sərt dalğası ilə üzləşməsinə baxmayaraq, bu gənc hər zaman məğrurluğunu qorumağa çalışmış, məruz qaldığı haqsızlıqlara təslim olmamışdı. Ərtoğrol Cavid əzmkarlıq, mərdlik, yenilməzlik mücəssəməsidir. Atası Hüseyn Cavidin vəfatından sonra ailə məsuliyyətini öz çiyinlərinə götürməsi, Cavid ocağının, soyadının dəyərini, ucalığını qorumağa çalışması yalnız bir övlad kimi deyil, bir insan kimi humanizminin, emosionallığının, ləyaqətinin nümunəsidir. Onun həyatın keşməkeşində apardığı mübarizə, son nəfəsinə qədər tükənməyən həyat sevgisi gənc nəsillər üçün bir örnək, ilham mənbəyidir.

Qısa ömrünə böyük işlər sığdırmağı bacaran bu istedadlı gənc Azərbaycan musiqisinə, ədəbiyyatına eyni zamanda incəsənətinə özünəməxsus töhfələr verdi. İztirablı, nakam sonlanan ömür yolunda o, daim vuruşur, sanki yazıb-yaratmaqla kədərini unutmağa, içində boğmağa çalışırdı; Folklor araşdırmaları... musiqi əsərləri... dram... libretto... sentimental mətnlər... tərcümələr... rəsm əsərləri... yandırıb-yaxan məktublar.  Təsadüfi deyil ki, onun  yaradıcılığındakı bəzi fikirlər, misralar da, sanki qəm-kədərinin, üzləşdiyi haqsızlıqların, çəkdiyi əzab-əziyyətlərin xəbərçisi idi. Eynən bu misralarda olduğu kimi:

Buludlar qarışmış parlayan aya,

Bayğınlıq çökmüşdü güllü tarlaya,

Dərdimi söylərkən inləyən çaya,

Yazıq, fəryadıma uyan olmadı.

Həmçinin bəzi misralarda susdurulmağa məhkum olmuş hisslərin, yarımçıq qalmış arzuların fəryadı duyulur:

Kimsəsiz gecələrdə ruhumun incə-incə

Üzüldüyün hiss etdim.

Qəlbimin yavaş-yavaş çırpınmasını duydum;

Könlümün gizlin-gizlin sızıltısın dinlədim.

O sevilmək istərdi.

Xəyal kibi uçaraq, qovuşmaq istəyərdi.

Bütün bunlara baxmayaraq, o, bir an belə ümidini itirmir, daim işıqlı sabaha, daha parlaq gələcəyə ümid bəsləyir, mübarizə aparırdı:

"Patlatmaq! O mənhus karvanı patlatmaq lazımdır. Top mərmiləriylə təbiətin anası - günəşi yavrusundan ayıran dumanlar səltənətini patlatmalı. Mən o atəşləri simfoniya ilə edəcəyəm"... Məhz bu sətirlər Ərtoğrol Cavid əzminin, dirayətinin, dəyanətinin bariz nümunəsidir.

Əfsuslar olsun ki, Ərtoğrol Cavid "şər qüvvələr"i yenə bilmədi. Bu gəncin azad, təmiz, mübariz ruhu, pöhrələnmiş və yenicə çiçəklənən istedadı, çoşub-dalğanan gənclik hissləri zülmün, haqsızlığın, xəyanətin pəncəsində əzilib məhv oldu. Bütün bunlar düşünülmüş və planlaşdırılmış bir strategiyanın təzahürü idi. Bir gəncin istedadını, arzularını boğmaq onun ölkəsinin müasir ədəbi fikrinə, inkişafına, tərəqqisinə vurulan zərbə idi.  Şübhəsiz, Ərtoğrol Cavid yaşasaydı, Azərbaycan musiqisinə, mədəniyyətinə xarüqələr bəxş etmiş olacaqdı. Əfsuslar olsun ki, siyasət və məzhəb savaşları, ideoloji təzyiq kimi faktorlar Azərbaycan xalqı və mədəniyyətini yenicə parlayan bu günəşdən məhrum etdi.

Ancaq vaxtsız ölüm də, sərt qayda-qanunlar da Ərtoğrol Cavidi  qəlbimizdən silə bilmədi. Onun təmiz, yenilməz ruhundan doğulan nuru daim göylərdən bizi izləyir və ən ümidsiz anlarımızda belə bizə ilham mənbəyi və yaşam eşqi lütf edir.

Aynur YUNUSOVA

Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see266

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see257

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see250

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see244

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see233

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see232

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see230

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see227

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see222

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see218

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see217

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see213

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see200

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see196

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see191

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see191

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see191

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri