Zümrüd Qasımova: 14 övladımın olmasını istəyirdim
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Aktrisa Zümrüd Qasımova qatıldığı televiziya proqramında səmimi etirafları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi uşaqlıq illərində böyük ailə sahibi olmağı arzuladığını bildirib. Onun sözlərinə görə, vaxtilə çoxsaylı övladının olmasını və evinin daim uşaq səsi ilə dolmasını xəyal edib. Lakin həyatın fərqli istiqamətdə inkişaf etdiyini qeyd edib: "Uşaq olanda 14 övladımın olmasını istəyirdim. Həmişə istəyirdim ki, ev uşaqla dolu olsun. Həmin arzum həyata keçmədi".
Qasımova peşəkar fəaliyyət sahəsində isə arzusuna çatdığını vurğulayaraq, sənəti ilə məşğul olmağın ona böyük məmnunluq verdiyini deyib.
Aktrisa həmçinin həyatının düşündüyü kimi formalaşmadığını, lakin bu gününə görə şükür etdiyini bildirib. O, son dövrlər özünü fərqli hiss etdiyini, bəzi şeylərə əvvəlki marağının qalmadığını etiraf edib.
Sənətçinin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.
Musa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 11 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















