Icma.az
close
up
RU
Zümrüd Qasımova: “Özümü Vaqif İbrahimoğlunun əsəri kimi görürəm”

Zümrüd Qasımova: “Özümü Vaqif İbrahimoğlunun əsəri kimi görürəm”

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müsahibimiz Azərbaycan teatr və kino sənətində özünəməxsus yeri olan tanınmış aktrisa, aparıcı Zümrüd Qasımovadır. Onunla sənətə baxışından, yaşadığı ziddiyyətlərdən, yaradıcılıq və həyat arasında qurduğu körpülərdən danışdıq. Fikrimizcə, səmimi, açıq və bir o qədər də düşündürücü bir söhbət alındı:

- Zümrüd xanım, söhbətimizə yaradıcılığınızdakı son yeniliklərdən başlayaq. İşləriniz necə gedir?

- Hazırda YUĞ Teatrında repertuardakı bir çox tamaşada rollarım var. Mövsümün sonuna isə hələ var. Ona görə də bu ay 7-8 tamaşaya oynayacam. Son işlədiyim tamaşa Mikayıl Mikayılovun “21:15 qatarı” tamaşası idi. Yeni mövsümdə isə yeni tamaşalar gözlənilir, inşallah. Ondan başqa, Səidə Haqverdiyevanın “Oyun” İnkluziv Teatrında da tamaşalarda oynayıram.

- Bəs kino sahəsində vəziyyət necədir? Bilirik ki, son zamanlarda bir neçə filmdə rol aldınız.

- Çox sağ olsunlar, filmə, seriallara dəvət edirlər.

- Amma seriallarda sizi görmürük.

- Özüm getmirəm. Çünki əziyyəti çox, məvacibi azdır. Özümü orada xərcləmək istəmirəm. Həm də seçici yanaşıram. Çəkildiyim bir neçə serial var. Hətta Azərbaycanda çəkilən ilk seriallardan birində - “Qızlar” serialında rol almışdım. Sonralar da bir çox təkliflər oldu, amma ya zamanını gözlədim ki, daha yaxşıları olar, çəkilərəm, ya da özümü orada görmədim. Biz elə bir dövrə düşdük ki, 2000-ci illərin əvvəllərində bu sektor yaranmağa yeni-yeni başlayırdı. Mən də düşünürdüm ki, daha da inkişaf edəcək, kinolar, seriallar çəkiləcək.

Amma olmadı. Görürük ki, son illər filmlər daha çox çəkilir. Mən də bəzilərinə çəkilmişəm, əlbəttə. Çox istərdim ki, bu sahə daha da inkişaf etsin və biz də keyfiyyətli işlərdə çəkilək.

- Biz sizi ciddi kriteriyaları olan aktrisa kimi tanıyırıq. Sizin üçün nə olar, nə olmaz, nə olmasa olmaz?

- Dünən bir yerdə oxudum ki, bir Hollivud aktrisası var, onunla işləmək istəmirlər. Səbəb isə odur ki, özü çəkiliş meydançasına gəlməmiş 10 vərəq istəkləri gəlir (gülür). Öz-özümə dedim ki, gör bunlar aktrisaya nə qədər qonorar verirlər ki, onun bu kaprizlərinə də dözürlər. Adətən, “Yuğ” Teatrının aktyorları haqda deyirlər ki, onlar kaprizlidirlər, hər şeyi bəyənmirlər və sair. Yox, elə deyil. Sadəcə ən sadə şeylər var ki, onlar gözlənilməlidir. Aktyor kinonun, serialın simasıdır. Təbii ki, ona qayğı, sevgi olmalıdır. Çəkiliş meydançasında yeməkdən tutmuş, oturduğun yerə qədər hər şey sənə olan münasibətdir. Mən özümə qarşı hörmətsizlik görəndə üzümü çevirib gedirəm. Bu, kapriz deyil. Sadəcə hər kəs öz yerini bilməlidir. Mənim şansım onda da gətirib ki, teatrdan əlavə televiziya sahəsində də çalışdığıma görə, mənə ehtiyac olmadı filmlərdə, seriallarda özümü təsdiq edim. Çünki publika artıq məni tanıyırdı.

- Rejissorlarla münasibətiniz necədir?

- Mənim heç kimlə problemim yoxdur, amma xarakterimi göstərən insanam. Bir dəfə bir serialdan təklif almışdım və ilk oxunuşuna getmişdim. Orada başqa teatrların da aktyorları var idi. Orada bir məsələ oldu və gördüm ki, rejissor mənlə digər teatrların aktyorları arasında qarşıdurma yaratmaq istəyir. Onda başa düşdüm ki, mən bu rejissorla işləyə bilmərəm. Əgər o, oxunuş prosesində bu şəraiti yaradırsa, serial çəkiləndə nələr olardı. Ona görə də vaxtım olmadığını bəhanə edib serialdan çıxdım, səbəbini heç izah da eləmədim və bir daha həmin rejissorun işinə getmədim. Ümumən isə heç kimlə konfliktim olmayıb. Lazımi məsafəni saxlamışam və işimə də ciddi yanaşmışam. Çünki işimi sevirəm və hörmətlə yanaşıram.

- Vaqif İbrahimoğlu məktəbi bu gün sizin həyatınızda, yaradıcılığınızda özünü necə göstərir?

- Müəllimin yoxluğundan 13 ilə yaxın vaxt keçib. Onun üçün o qədər darıxıram ki... Həyatımızda böyük bir mənəvi boşluq var, çünki biz onun yanında hər gün qidalanırdıq, yeni nəsə öyrənirdik. Məşqlərimiz o qədər maraqlı keçirdi ki. Zaman-zaman onun üçün darıxanda köhnə lentlərə baxıram. Mənim çox böyük arxivim var. Nə zamansa, məndən sonra yəqin ki, lazım olacaq. Vaqif müəllimin boşluğunu hər gün hiss edirəm. Sənət dostum, mənəvi atam, tərəf müqabilim, sevimli rejissorum yoxdur. Bütün bunların hamısı bir insanda idi. Onsuz çox çətindir. O, çox dərin insan, böyük sənətkar idi. Müəllim bizə hər zaman deyirdi ki, teatrda öyrənin, filmdə, serialda, efirdə xərcləyin. Vaqif müəllim bu gün də mənəvi cəhətdən bizim yanımızdadır. Çünki onun yaratdığı Yuğ Teatrı yaşayır, fəaliyyət göstərir. Biz hər məşqdən, tamaşadan sonra müzakirələrimiz zamanı onu xatırlayırıq, onun tövsiyələrini, sözlərini yada salırıq. Onun yerini heç kim verməyəcək. Onunla bağlı xatirələrim, yazılarım çoxdur. İlk dəfə onun yanına gəldiyim gündən gündəlik tutmuşam, bu günə qədər də onunla bağlı gündəlik yazıram. Bir ara istədim kitab edim, nəsə alınmadı. Hətta onun kursuna gəldiyimiz ilk il Vaqif müəllim məni xoşlamırdı. Çünki nə deyirdisə, deyirdim “olar mən sonra edim?” Deyirdi ki, səni kursdan çıxaracağam. İlin sonunda isə bir tamaşa təhvil verdik və mən orada özümü təsdiq elədim. Onda Vaqif müəllim dedi ki, sən artıq mənimləsən. Maraqlıdır ki, qrupdakı 13 nəfərdən bircə mən qaldım Yuğ Teatrında. Bu gün kimsə mənim oyunumu müzakirə edəndə, ya da bəyənməyəndə deyirəm ki, mənim ifamı Vaqif İbrahimoğlu bəyənib. Mənimçün ən böyük qiymət ustadımın verdiyi qiymətdir. O, istedadsız insanları sevmirdi, istedadlı insanları isə hiss edirdi və dəyər verirdi. Ondan başqasının məni bəyənib-bəyənməməyi mənə maraqlı deyil. Mən özümü Vaqif İbrahimoğlunun əsəri kimi görürəm. O, Azərbaycan teatrında və bizim həyatımızda silinməz iz qoymuş insandır.

- YUĞ Teatrının hər zaman öz auditoriyası olub. Bu gün vəziyyət necədir? Tamaşaçı problemi yaşayırsınızmı?

- Vaqif müəllimin vaxtında da bizim öz tamaşaçı auditoriyamız vardı. Bu gün isə teatr “i-ticket”lə işləyir. Sevinirəm ki, biletlərimiz satılır və bu gün biz tanımadığımız tamaşaçılar üçün oynayırıq. Onsuz da bizi bilən tamaşaçı stilimizə bələddir. Amma bilməyən tamaşaçı gəlib 2-ci, 3-cü dəfə tamaşalarımıza bilet alırsa, artıq deməli, bu, onun teatrı olub. Son zamanlar bu belədir. Artıq biz “tamaşamıza kimi dəvət edək?” sualını vermirik. Səhnəyə çıxırıq və görürük ki, artıq tamaşaçı gəlib, zal dolub. Bunun özü artıq qələbədir. Əlbəttə ki, maddi bazamız, ən birincisi isə binamız olsa, biz daha böyük işlər görəcək, hətta dünyanı fəth edəcək teatrıq. Bizim buna gücü çatacaq yaradıcı truppamız da, rejissorlarımız da var. Çox sağ olsun, Kukla Teatrı və Rəşad Əhmədzadə ki, 10 ildir bizə öz binalarında yer veriblər. Lakin bizim səhnələşdirmək istədiyimiz tamaşalar var ki, dar məkanda mümkün olmur. Əşyalarımızı hara qoyaq? Bu sıxlıqda, darlıqda biz nəsə ediriksə, bu, böyük uğurdur. Teatrın binası olmalıdır. İllərdir bizə bunu söz verirlər, ancaq hələ ki, bu problem öz həllini tapmayıb. Yenə də mən inanıram ki, ən qısa zamanda bizim də binamız olacaq.

- Bu həyatda ən çox inandığınız qüvvə nədir?

- Allah... Hər şey Allahın əlindədir və içimizdəki gücümüzdür. O gücü də mənə Allah verir. Allah istəməsə, mən heç nə edə bilmərəm. Aldığım hər nəfəs, əldə etdiyim hər şey də Allahın mənə bir lütfüdür. Hətta ikinci dəfə həyata qayıdanda düşündüm ki, deməli, mənim bir missiyam var və o missiya tamamlanmayıb ki, Allah mənə bu ömrü ikinci dəfə verdi. Nədir mənim missiyam? Onu həyat göstərəcək. Mən gözəl bir işlə məşğulam, yaradıram. Yaradıb pul da qazana bilirəmsə, nə xoş. Amma heç kimə sirr deyil ki, çox təəssüf, Azərbaycanda aktyorların, aktrisaların həyatı, yaşayışı xeyli çətindir.

- Rejissor Səidə Haqverdiyevanın “40-dan sonra” filmində canlandırdığınız baş rol - o aktrisa siz özünüzsünüz, ya həmkarlarınız?

- “40-dan sonra” filmi bütün azərbaycanlı aktrisaların gerçəyidir. Hamının maddi problemi, krediti, sıxıntıları var. Mənə elə gəlir ki, o filmə baxan bütün həmkarlarımız orada özündən nəsə görəcəklər. Bəlkə digər ölkələrdə də var bu problemlər, amma bizdə daha çoxdur.

- Ağır bir dönəmdən sonra yenidən həyata qayıdarkən aldığınız ən böyük dərs nə oldu?

- Düşündüm ki, həyatda sənin özündən dəyərli heç kim və heç nə yoxdur. Bu həyata bir də gəlməyəcəksən. Ona görə də həyatını heç kim və heç nə üçün qurban verməməlisən. Qalan ömrünü səni xoşbəxt edən işdə, səni xoşbəxt edən insanların ətrafında olmalısan. Məqsədlərinə çatmaq üçün yaşamalısan, amma anlamalısan ki, həyatda hər şey müvəqqətidir. Bacardıqca yaxşılıq etmək lazımdır. Bundan sonra nə qədər ömür yaşayacam, bilmirəm, amma istəyirəm ki, məni yaxşı insan kimi xatırlasınlar. Həyatda buna çalışmaq lazımdır. Heç nəyi faciələşdirmək lazım deyil. Sən yaşayırsansa, ayaq üstdəsənsə, deməli, ən zəngin və ən xoşbəxt insansan.

- Tanınmış xanımlar, xüsusən də aktrisalar üçün ailə qurmaq müşkül məsələlərdən biridir. Sizcə, qadın üçün ailə qurmaq çox vacibdir?

- Mən düşünürəm ki, insan bu həyata tək gəlib, tək də gedəcək. Nədənsə, bu yaşam ərzində bəziləri düşünür ki, mütləq ailə qurmalısan, ana, ata, nənə, baba olmalısan. Məncə isə, bu, insanın öz seçimidir. Aktrisalar üçün ailə qurmaq çox çətindir. Həmişə belə olub. Bu gün hətta müğənni xanımlar daha rahat ailə qururlar, nəinki aktrisalar. Bu da cəmiyyətimizin düşüncə tərzindən qaynaqlanır. Fikirləşirlər ki, aktrisadır, çəkilişləri var, məşqləri var. Nə olsun? Bütün işə gedən xanımlar kimi, aktrisa da işinə - çəkilişinə, məşqinə gedib sonra evinə qayıdır da... Ümumiyyətlə, cəmiyyətimizdə bu və bu kimi zehniyyətin dəyişməsi üçün birinci növbədə xanımlarımızın düşüncə tərzi dəyişməlidir. Çünki o cür düşünən kişiləri də tərbiyə edən qadınlardır, analardır. Cəmiyyətimizin inkişafı üçün qadınlarımız öncə özlərindən başlamalıdır, savadlı olmalıdır. Ana övladına nə aşılayırsa, sabah həmin uşaq böyüyüb o zehniyyətdə şəxsiyyət olur.

- Son olaraq: ən böyük arzunuz nədir?

- Ən böyük arzularımdan biri daha 30 il də yaşamaqdır (gülürük). Teatrımızın binası olsun, gözəl tamaşalar, keyfiyyətli işlər ortaya qoyaq. Gözəl filmlər çəkilsin, dünya səviyyəli festivallarda ölkəmizi təmsil edək.

Şahanə MÜŞFİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see4606

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see257

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see245

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see233

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see219

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see192

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see163

Bu qidalar bağırsaq xərçənginin düşmənidir

14 Noyabr 2025 20:08see160

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see153

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see152

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see150

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see139

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see134

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see133

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see127

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see123

Laporta Messinin kluba qayıda biləcəyini açıqladı

14 Noyabr 2025 20:23see121

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see120

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri