Zurabişvili iqamətgahını tərk etməlidir, bina ona miras qalmayıb Spiker
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
“Gürcüstan prezidentinin sarayı Salome Zurabişviliyə əcdadlarından miras qalmayıb, bu bina gürcü xalqına məxsusdur”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Düşünürəm ki, Salome Zurabişvilinin hələ də sağlam düşüncəsi qalan məsləhətçiləri gürcü xalqına qarşı getməmək üçün ona müvafiq məsləhətlər verəcəklər”, - spiker əlavə edib.
Ş.Papuaşvili bildirib ki, Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra S.Zurabişvili artıq Gürcüstanın prezidenti olmayacaq.
“Bu gün Salome Zurabişvili iqamətgahını tərk etməlidir. Bina onun şəxsi dəbdəbə obyekti deyil. İqamətgahda Mixeil Kavelaşvili çalışacaq”, - o söyləyib.
Qeyd edək ki, S.Zurabişvilinin səlahiyyət müddəti bu gün başa çatır. O, ötən gün prezident sarayından yaydığı videomüraciətində iqamətgahında qalacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















