2 vəkilə töhmət verilib
Icma.az сообщает, основываясь на информации сайта Day.az.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında intizam pozuntularına yol verən 2 vəkilə töhmət verilib, 4 vəkilə xəbərdarlıq edilib.
Day.Az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, müvafiq qərarlar oktyabrın 21-də keçirilən iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinin müzakirəsindən sonra qəbul olunub.
İclası açan Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti, görülən işlər, əldə olunan nəticələr və qarşıda duran prioritetlər barədə məlumat verib.
Daha sonra ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Yeni vəkillərə vəsiqələr təqdim olunub.
İclasda vəkillik fəaliyyəti ilə bağlı hüquqi məsələlər və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər müzakirə edilib. Təkliflərin aidiyyəti orqana göndərilməsi qərara alınıb.
Bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi və müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərə də baxılaraq müvafiq qərarlar qəbul edilib.
Kollegiya sədrinin müavinlərinin regionlardakı vəkil qurumlarının və fərdi fəaliyyət göstərən vəkillərin işinin yerində öyrənilməsinə dair məruzələri dinlənilib. Səfərlər zamanı aşkarlanan pozuntuların qısa müddətdə aradan qaldırılması tapşırılıb, yerində öyrənilmə mexanizmlərinin təkmilləşdirilməsi qərara alınıb.
Həmçinin dövlət hesabına göstərilən hüquqi yardım üzrə ödənişlərin audit yoxlanılması və bu yardımla bağlı təqdim edilən qərarlarda aşkarlanan nöqsanlara dair təqdimata baxılıb.
İclasda VK Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov Kollegiyanın Ağsaqqallar Şurasının sədri təyin olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Другие новости на эту тему:
Просмотров:64
Эта новость заархивирована с источника 21 Октября 2026 16:08 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















