Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Icma.az передает, что по данным сайта Day.az.
"Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 8 müraciətə baxılıb və onlardan 3-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 213-a çatıb.
"Startap" şəhadətnamələri "Cool Bears" MMC-nin mobil və veb oyunların tərtibi və istehsalı, "Multi Solutions" MMC-nin sürücülər və daşıyıcılar üçün balans idarəetmə və ödəniş sistemi, "Noteservice" MMC-nin xidmətlər üçün veb platforma və mobil tətbiq layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Другие новости на эту тему:
Просмотров:86
Эта новость заархивирована с источника 29 Мая 2025 14:38 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















