“20 Yanvar”dan Sumqayıta marşrut açılır
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
"20 Yanvar" metrostansiyasından Sumqayıta marşrut açılır.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, ictimai nəqliyyata əlçatanlığın artırılması və sərnişinlərin rahatlığının təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.
Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi "20 Yanvar" metrostansiyası ("Azərsu" ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.
Sumqayıt şəhərinə yola düşən sərnişinlərin minməsi üçün avtobuslar "20 Yanvar" metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq. Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər. Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək.
Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.
Другие новости на эту тему:
Просмотров:129
Эта новость заархивирована с источника 04 Декабря 2024 18:14 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















