Bu istiqamətdən “20 Yanvar”a yeni marşrut xətti fəaliyyətə başlayır RƏSMİ
Icma.az сообщает, что по информации сайта Day.az.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AYNA-dan Day.Az-a verilən məlumata görə, vətəndaş müraciətləri nəzərə alınaraq Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə 29 dekabr tarixindən yeni 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Saray qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtın və ətraf ərazilərin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.
Optimallaşdırma işləri çərçivəsində sərnişin tələbatına uyğun olaraq AYNA tərəfindən yeni marşrutların yaradılması davam etdiriləcək.
Другие новости на эту тему:
Просмотров:129
Эта новость заархивирована с источника 28 Декабря 2024 15:03 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















