25 iş günü, 11 min dollar maaş Azərbaycanda iş elanı
Icma.az передает, что по данным сайта Day.az.
Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək çərçivəsində milli sosial təminatlar üzrə mütəxəssisin cəlb edilməsi üçün maraq ifadələrinin təqdim olunması barədə elan yayıb.
Day.Az xəbər verir ki, bankın məlumatına əsasən, müvafiq işlər üzrə fərdi məsləhətçi xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu xidmətlər üçün ayrılmış büdcə 11 min ABŞ dolları təşkil edir. Mütəxəssisin nəzərdə tutulan ümumi iş həcmi 25 iş günüdür.
Məsləhətçinin işə 2026-cı il dekabrın 1-də başlaması planlaşdırılır. Müqavilə mütəxəssisin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi və AİB-in, eləcə də müvafiq dövlət qurumlarının qərarı əsasında uzadıla bilər.
Maraqlanan şəxslər müraciətlərini 2026-cı il noyabrın 18-dək təqdim etməlidirlər.
Layihənin icraçı qurumu "Azərbaycan Dəmir Yolları" QSC-dir. Elan üzrə əlaqələndirici şəxs AİB-in baş nəqliyyat mütəxəssisi Jurgen Sluijterdir.
Qeyd edək ki, elan fərdi məsləhətçi xidmətlərinin seçilməsi ilə bağlıdır.
Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xətti 2020-ci il martın 18-də Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılması ilə tam istismara verilib. Xəttin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometr təşkil edir. Hazırda AİB bu dəmir yolu layihəsinin hazırlanmasına dəstək göstərilməsi üçün mütəxəssis cəlb etməyi planlaşdırır.
Другие новости на эту тему:
Просмотров:63
Эта новость заархивирована с источника 16 Ноября 2026 11:36 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















