Icma.az
close
up
AZ
Menu

Генштаб ВСУ заявил об ударах по военным объектам России

В Баку на пляже нашли тело спортсмена Minval Politika

Сколько времени займет разминирование Ормузского пролива?

Армия Израиля уничтожила на юге Ливана подземный склад, принадлежавший Хезболле

Пезешкиан заявил о готовности Ирана выполнять соглашение с США

На сайте производителя Гераней появилось загадочное заявление ФОТО

Филиппины стали крупнейшим потребителем солнечных панелей на фоне энергокризиса

Политические группы в США массово скупают рекламу в эфире ЧМ 2026

В Баку мужчина попал на камеру во время кражи из магазина ВИДЕО

Вершина 75 летнего пути

Лето на паузе

В Азербайджане назвали число усыновленных с начала года детей

Аномальная жара ударила по Европе

Китай ввел экспортные ограничения против 20 японских компаний

Медина переехал в Малайзию

Обладатель одного из самых редких мужских голосов покорил Дни оперы в Баку (ФОТО)

Зеленский заявил, что Россия уже 15 раз переносила сроки захвата Донбасса Minval Politika

На прошлой неделе обезврежены 73 мины и 329 других неразорвавшихся боеприпасов

Латвия и Украина наладят совместное производство дронов у границы с Россией

Эрдоган выразил свои ожидания канцлеру Германии

ABŞnin ATƏT təklifi Alınmayan diplomatik oyun

ABŞnin ATƏT təklifi Alınmayan diplomatik oyun

Icma.az, ссылаясь на сайт Day.az, отмечает.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Son dövrlər Cənubi Qafqazda beynəlxalq diplomatiya sanki mürəkkəb düyünə çevrilib. ABŞ dövlət katibi Entoni Blinkenin Maltanın paytaxtı Valettada, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 31-ci toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək təşəbbüsünün uğursuzluğa düçar olması, sülh prosesinin qarşısını kəsən ciddi problemləri bir daha üzə çıxardı. Yaşanan olay vasitəçilik edən beynəlxalq qurumların regiondakı həssas məsələlərdə çətinliklərlə üzləşdiyini göstərməklə yanaşı, Bakı ilə İrəvan arasında birbaşa dialoqun artan əhəmiyyətini vurğuladı.

... Azərbaycanın Qarabağdakı tarixi qələbəsi ilə 2020-ci ildə başa çatan Ermənistan-Azərbaycan münaqişəsi regionda yeni siyasi dövr açsa da, həll edilməmiş problemlər mövcuddur. Ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq miqyasda mühüm nailiyyət olsa da, qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi vacibdir. Ermənistanın yeni reallıqları qəbul etməkdə tərəddüd etməsi isə dayanıqlı sülhə aparan yolda ən böyük maneə olaraq qalır.

ATƏT-in Qarabağ münaqişəsinə yanaşması ziddiyyətli olaraq qalır. Bir tərəfdən, qurum regionda sabitliyi möhkəmləndirmək üçün dəstək verdiyini bəyan edir. ATƏT-in baş katibinin səlahiyyətlərini icra edən Keyt Fironun bəyanatında bu mövqe açıq şəkildə ifadə olunub. Digər tərəfdən, ATƏT hələ də özünü artıq aktuallığını itirmiş Minsk Qrupu ilə eyniləşdirir ki, bu da Azərbaycan tərəfindən ciddi tənqidlərə səbəb olur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Minsk Qrupunun yanaşmaları Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlara cavab vermir.

Azərbaycanın Ermənistanla ikitərəfli danışıqlarda nail olduğu nailiyyətlər fonunda ATƏT-in və digər bağlı strukturların zahirən "fəal" təşəbbüsləri yalnız onların itirilmiş nüfuzlarını bərpa etmək cəhdi kimi görünür. Fəqət Azərbaycan münaqişənin həllində müstəqil mövqeyini qoruyaraq, İrəvanla birbaşa və konstruktiv dialoqa üstünlük verir. Bu strategiya prosesin lüzumsuz beynəlmiləlləşdirilməsinin və xarici qüvvələrin həddindən artıq təsirinin qarşısını almağa imkan yaradır, çünki bu amillər çox vaxt danışıqların uzanmasına və real nəticələrin əldə edilməsinə mane olur.

Dayanıqlı sülhün təməli Ermənistanın Konstitusiyası və qanunvericiliyindən Azərbaycan ərazilərinə iddialarını nəzərdə tutan bəlli müddəaların çıxarılmasıdır. Bu, normallaşma prosesinin tam başa çatmasından əvvəl atılmalı olan ən əsas addımdır.

Ermənistanın bu istiqamətdəki tərəddüdləri daxili siyasi ziddiyyətlər və bəzi xarici qüvvələrin təzyiqləri ilə bağlıdır. Bu qüvvələr Ermənistan-Azərbaycan münaqişəsindən öz geosiyasi maraqları üçün istifadə etməyə çalışırlar.

Bütün bu proseslərin fonunda ABŞ əvvəlki vasitəçilik mövqeyini itirərək danışıqlar prosesinin kənarında qalıb. Buna səbəb Vaşinqtonun birtərəfli yanaşması və Ermənistanın maraqlarını Azərbaycanın hesabına irəli sürməsi kimi qəbul edilməsidir.

Co Bayden administrasiyasının siyasəti, analitiklərin fikrincə, Ermənistanı açıq şəkildə dəstəkləyən birtərəfli mövqeyi ilə seçilib. Bu, Bakıda ciddi narazılıqla qarşılandı və Azərbaycanın ABŞ-nin vasitəçilik təşəbbüslərini qəbul etməməsi ilə nəticələndi.

Bayden administrasiyasının Azərbaycanın insan hüquqları və demokratiya standartlarına dair təzyiqləri Ermənistanın ekoloji mühiti məhv edən aqressiv siyasətini və beynəlxalq öhdəlikləri yerinə yetirməməsini gözardı etməsi ilə müşayiət olundu.

Azərbaycan üçün Vaşinqtonun bu mövqeyi ABŞ-ni neytral vasitəçi kimi qəbul etməyin qeyri-mümkünlüyünü göstərən bir siqnal oldu. Daha da önəmlisi - Azərbaycanın ABŞ-nin vasitəçiliyindən imtina etməsi onun strateji müstəqilliyini və Ermənistanla birbaşa danışıqlar vasitəsilə münaqişəni həll etmək əzmini nümayiş etdirir.

Bu, Azərbaycanın beynəlxalq arenada getdikcə daha çox öz gücünə güvəndiyini və milli maraqlarını qorumaq üçün kənar təsirlərdən asılı olmadığını göstərir.

Ümumiyyətlə, son zamanlar Ermənistan və Azərbaycan arasında aparılan birbaşa danışıqlar regionda sülhə doğru irəliləmənin ən effektiv variantına çevrilib.

Xarici işlər naziri Ceyhun Bayramovun bəyan etdiyi kimi, Bakı və İrəvan arasında keçirilən son görüşlərdə mühüm məsələlər üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.

Sərhədlərin delimitasiyası üzrə birgə komissiyaların fəaliyyətinə dair razılaşmalar tərəflərin konstruktiv əməkdaşlığa hazır olduğunu göstərir. Bu, yalnız rəmzi deyil, həm də praktiki əhəmiyyət daşıyan addımdır. Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə razılaşma regionda sülh və sabitliyə nail olmaq yolunda möhkəm təməl yaradır.

İkitərəfli sülh sazişinin mətni üzərində aparılan danışıqlarda əldə olunan əhəmiyyətli irəliləyiş isə birbaşa dialoqun effektivliyini sübut edir. Prosesdə üçüncü tərəflərin qeyri-obyektiv müdaxiləsinin olmaması danışıqları sürətləndirir və nəticə əldə etməyi asanlaşdırır. Azərbaycan belə hesab edir ki, qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması əsasında qurulan birbaşa müzakirələr uzunmüddətli sülh üçün ən effektiv yoldur.

Maltada nəzərdə tutulan danışıqlarda iştirakdan imtina edən Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesaj göndərdi: Bakı qeyri-obyektiv vasitəçilik cəhdlərini qəbul etmir və xarici təzyiqlərdən azad olan, yalnız regional reallıqlara əsaslanan həll yollarını dəstəkləyir. Bu strategiya artıq öz nəticəsini verməkdədir - delimitasiya üzrə razılaşmalar və sülh sazişi layihəsi üzərindəki işlər Azərbaycanın bu yanaşmasının uğurlu olduğunu göstərir.

ABŞ dövlət katibi Entoni Blinkenin ATƏT çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək cəhdi ABŞ-nin beynəlxalq arenadakı nüfuzunu bərpa etmək və regiondakı iştirakını gücləndirmək məqsədi daşıyırdı. Amma bu təşəbbüs daha çox simvolik xarakter daşıyırdı, çünki Bakı artıq Vaşinqtonun vasitəçilik təkliflərinə ciddi yanaşmayacağını bəyan etmişdi.

Azərbaycanın Maltadakı görüşdən imtina etməsi strateji yanaşmanın göstəricisidir: Bakı yalnız Ermənistanla birbaşa danışıqları effektiv vasitə hesab edir və ABŞ-nin vasitəçilikdəki obyektivliyinə şübhə edir. Bu qərar həm də Vaşinqtonun yeni administrasiyasına mesajdır: regiondakı iştirakı yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında mümkündür.

Unutmayaq ki, Co Bayden administrasiyasının Azərbaycanla münasibətləri gərginlik və qarşılıqlı anlaşılmazlıqla xarakterizə olunur. Vaşinqtonun Azərbaycana təzyiqləri və Ermənistan maraqlarını dəstəkləyən yanaşmaları Bakıda narazılıq doğurur.

Xüsusilə, ABŞ Konqresinin bəzi üzvlərinin, o cümlədən, konqresmen Adam Şiffin təşəbbüsü ilə 2024-cü ilin sentyabrında qəbul olunmuş qanun layihəsi Azərbaycanı "təcavüzdə" ittiham edir və sanksiyalar tətbiqini nəzərdə tutur. Bu addım, həmçinin, Frenk Pallon, Anna Eşu və Cim Kosta kimi qatı ermənipərəst konqresmenlərin dəstəyi ilə qəbul olunaraq Bakının kəskin etirazına səbəb olub.

Xatırladaq ki, Bayden administrasiyası 907-ci düzəlişi yenidən aktivləşdirərək Azərbaycana birbaşa yardımın qarşısını alıb. Bu qərar Bakıda ədalətsiz və ikiüzlü siyasət nümunəsi kimi qəbul edilib.

Azərbaycan beynəlxalq təsirlərin danışıqlar prosesini pozmasına imkan verməmək məqsədilə bir sıra beynəlxalq görüşlərdə iştirakdan imtina edib. Məsələn, rəsmi Bakı 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilən beştərəfli görüşdə iştirak etmədi. Bu qərar Türkiyənin prosesdə iştirakını tələb edən Azərbaycanın mövqeyinə Fransa və Almaniyanın qarşı çıxmasından irəli gəlirdi.

Azərbaycanın öz maraqlarını qorumaq yolunda göstərdiyi bu möhkəm iradə beynəlxalq ictimaiyyət üçün mühüm bir mesajdır: Bakı suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməyən heç bir prosesdə iştirak etməyəcək. Bu mövqe regionda uzunmüddətli sülhə və sabitliyə nail olmaq üçün Azərbaycanın öz gücünə və qətiyyətinə inamını əks etdirir.

Cənubi Qafqaz diplomatiyasında müşahidə olunan dəyişikliklər, ABŞ-ın regionda dəyişən rolunu və Azərbaycanın müstəqil siyasət yürütmək əzmini əks etdirir. Hazırda Vaşinqton mümkün hakimiyyət dəyişikliyinin astanasındadır və Donald Tramp administrasiyasının hakimiyyətə gələcəyi təqdirdə region siyasətini yenidən nəzərdən keçirəcəyi gözlənilir. Bu kontekstdə Azərbaycanın Maltadakı görüşdə iştirakdan imtina qərarı, yeni administrasiya ilə əlaqələri yenidən qurmağa hazır olduğunun siqnalı kimi qəbul edilə bilər.

ABŞ Prezidenti Co Bayden administrasiyasının Ermənistana tərəfkeş yanaşması və Azərbaycanın maraqlarını nəzərə almaması Bakı-Vaşinqton münasibətlərinin soyumasına gətirib çıxarıb. Bu fonda Azərbaycan öz mövqeyini aydın şəkildə ifadə edərək, ABŞ vasitəçiliyi ilə keçirilən Maltadakı görüşdən imtina etdi. Bu, bir tərəfdən Azərbaycanın öz suverenliyinə əsaslanan müstəqil siyasətə üstünlük verdiyini göstərir, digər tərəfdən isə Vaşinqtona qarşı bir diplomatik xəbərdarlıqdır: ABŞ-ın regiondakı nüfuzu yalnız obyektiv və ədalətli yanaşma şəraitində bərpa edilə bilər.

Maltadakı görüşün baş tutmaması Cənubi Qafqazda diplomatik prioritetlərin dəyişdiyini açıq şəkildə nümayiş etdirdi. Bakı sübut etdi ki, xarici vasitəçilərin qeyri-obyektiv müdaxilələrindən azad birbaşa dialoq münaqişənin həllində daha effektivdir. Bu yanaşma, Azərbaycanın öz gücünə inandığını və prosesdə xarici təsirləri minimuma endirmək əzmini vurğulayır.

Azərbaycanın bu strategiyası həm də Ermənistanla sülh danışıqlarında real irəliləyişlər əldə etmək niyyətinin göstəricisidir. Sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti və ikitərəfli saziş layihəsi üzərindəki işlər, Azərbaycanın konstruktiv və nəticəyə yönəlik mövqeyinin uğurlu olduğunu təsdiqləyir.

Regionda uzunmüddətli sabitlik və sülh üçün Ermənistanın öz qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməsi vacibdir. Bu, normallaşma prosesinin əsasıdır və Bakı ilə İrəvan arasında etimadın bərpa olunmasında həlledici rol oynayır.

Eyni zamanda, Azərbaycan Ermənistanla normallaşma prosesinə sadiq olduğunu bəyan edib. Lakin bu proses yalnız qarşılıqlı hörmət, ərazi bütövlüyünün tanınması və real siyasi iradə şəraitində mümkün olacaq.

ABŞ-ın Cənubi Qafqazda siyasətinin uğursuzluğu, Co Bayden administrasiyasının birtərəfli və ədalətsiz yanaşması ilə bağlıdır. Maltadakı görüş təşəbbüsü kimi fiksiya Vaşinqtonun regiondakı proseslərə təsir imkanlarının məhdudlaşdığını göstərdi. Birləşmiş Ştatların növbəti prezidenti Donald Tramp administrasiyası bu vəziyyətdən dərs çıxarmalıdır. Əgər ABŞ gələcəkdə regionda yenidən fəal rol oynamaq istəyirsə, o zaman vasitəçilik fəaliyyətində obyektivliyi təmin etməli, Azərbaycanın maraqlarına hörmətlə yanaşmalıdır.

Azərbaycanın mövqeyi həm də beynəlxalq ictimaiyyət üçün ciddi bir mesajdır: Cənubi Qafqazdakı münaqişələrin həlli və uzunmüddətli sabitlik yalnız tərəflərin siyasi iradəsi və birbaşa dialoq yolu ilə mümkün ola bilər. Xarici oyunçuların prosesə müdaxiləsi yalnız reallıqları təhrif edir və tərəflər arasındakı etimadı pozur.

Ermənistan-Azərbaycan sülh prosesinin gələcəyi tərəflərin razılaşmaları praktikada həyata keçirmək qabiliyyətindən asılıdır. Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi və ərazi iddialarından imtina etməsi, Azərbaycanın isə öz sülh təşəbbüslərinə sadiqliyi bu prosesin uğurunun əsas şərtləridir.

Maltadakı görüşün uğursuzluğu ilə Cənubi Qafqaz diplomatiyasının yeni reallıqları üzə çıxdı. Azərbaycan bir daha sübut etdi ki, xarici diktələrə əsaslanan formatlar yerinə, regional münaqişələrin həlli üçün ən yaxşı yol öz gücünə arxalanmaq və qarşı tərəflə birbaşa dialoq aparmaqdır. ABŞ və digər beynəlxalq oyunçular bu reallıqları qəbul etməli və regionda öz mövqelərini yenidən nəzərdən keçirməlidirlər. Bu, həm onların təsirini artırmaq, həm də Cənubi Qafqazda sülhə töhfə vermək üçün yeganə yoldur.

Продолжайте следить за ситуацией на Icma.az, где мы всегда предоставляем свежие новости.
seeПросмотров:143
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 09 Декабря 2024 10:23
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Генштаб ВСУ заявил об ударах по военным объектам России

29 Июня 2026 18:57see260

В Баку на пляже нашли тело спортсмена Minval Politika

29 Июня 2026 17:37see181

Сколько времени займет разминирование Ормузского пролива?

29 Июня 2026 07:47see177

Армия Израиля уничтожила на юге Ливана подземный склад, принадлежавший Хезболле

29 Июня 2026 06:30see174

Пезешкиан заявил о готовности Ирана выполнять соглашение с США

30 Июня 2026 08:35see174

На сайте производителя Гераней появилось загадочное заявление ФОТО

29 Июня 2026 09:01see173

Филиппины стали крупнейшим потребителем солнечных панелей на фоне энергокризиса

29 Июня 2026 06:53see172

Политические группы в США массово скупают рекламу в эфире ЧМ 2026

29 Июня 2026 08:12see171

В Баку мужчина попал на камеру во время кражи из магазина ВИДЕО

29 Июня 2026 18:21see170

Вершина 75 летнего пути

29 Июня 2026 16:30see168

Лето на паузе

29 Июня 2026 11:15see166

В Азербайджане назвали число усыновленных с начала года детей

29 Июня 2026 18:20see165

Аномальная жара ударила по Европе

29 Июня 2026 07:19see164

Китай ввел экспортные ограничения против 20 японских компаний

29 Июня 2026 08:18see162

Медина переехал в Малайзию

29 Июня 2026 13:47see161

Обладатель одного из самых редких мужских голосов покорил Дни оперы в Баку (ФОТО)

29 Июня 2026 16:15see155

Зеленский заявил, что Россия уже 15 раз переносила сроки захвата Донбасса Minval Politika

30 Июня 2026 00:13see154

На прошлой неделе обезврежены 73 мины и 329 других неразорвавшихся боеприпасов

29 Июня 2026 14:08see143

Латвия и Украина наладят совместное производство дронов у границы с Россией

29 Июня 2026 06:55see143

Эрдоган выразил свои ожидания канцлеру Германии

29 Июня 2026 22:18see143
newsПоследние новости
Самые свежие и актуальные события дня