Cənubi Qafqaz bölgəsi ATƏT in gündəliyində duran mühüm regionlardan biridir ATƏT in Baş katibi
Согласно материалам сайта Day.az, передает Icma.az.
Cənubi Qafqaz bölgəsi ATƏT-in gündəliyində duran mühüm regionlardan biridir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı.
ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi.
Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu.


