Altı günlük məktəblərdə dərs ayın neçəsi başlayacaq? RƏSMİ
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.
Day.Az xəbər verir ki, bu barədə Məktəbqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
Bildirilib ki, bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr 2024-cü il tarixdə, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabr 2024-cü il tarixdə olacaq.
Qeyd edilib ki, qeyri-iş günləri istisna olmaqla, COP29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.
Другие новости на эту тему:
Просмотров:157
Эта новость заархивирована с источника 07 Ноября 2024 18:16 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















