Artıq bu arayışı da bir neçə saniyəyə almaq mümkün olacaq VİDEOİZAH
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir.
Day.Az xəbər verir ki, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş Məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq "E-Polis" mobil tətbiqində və "e-xidmet.mia.gov.az" portalında "Məhkumluq haqqında arayış"ı elektron qaydada, cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür.
Əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə indiyədək təqribən 1 günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür.
Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır.
Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir.
Другие новости на эту тему:
Просмотров:66
Эта новость заархивирована с источника 04 Ноября 2025 09:39 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















