Icma.az
close
up
AZ
Menu

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

В Дейр Хафире и Мескене сняли флаги PKK/SDG: сирийская армия восстановила контроль ВИДЕО

Побег иранских дипломатов на Запад наш комментарий

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

На Гоа арестован россиянин по подозрению в серии убийств

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

Рашад Эюбов: Впереди нас ждет много работы

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

Авианосная группа на подходе: США стягивают силу к Ирану

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

Президент Сирии провел переговоры с лидером сирийских курдов

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

New York Post рассказала об экспериментах датчан над коренными народами Гренландии Minval Politika

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

Azərbaycan Gürcüstan münasibətləri sınaqdan çıxmış dostluq və tərəfdaşlıq nümunəsidir Azər Qarayev

Azərbaycan Gürcüstan münasibətləri sınaqdan çıxmış dostluq və tərəfdaşlıq nümunəsidir Azər Qarayev

Icma.az, со ссылкой на сайт Day.az, информирует.

Müəllif: Politoloq Azər Qarayev

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sadəcə coğrafi qonşuluq anlayışı ilə izah edilə bilməz. Bu əlaqələrin əsasında dərin tarixi bağlar, ortaq maraqlar və strateji tərəfdaşlıq dayanır. İki ölkə arasında əməkdaşlıq yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və beynəlxalq arenada əhəmiyyətli rol oynayır. Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sabitliyi və inkişafı üçün strateji körpü funksiyası daşıyır. Hər iki ölkə enerji, nəqliyyat və logistika sahələrində birgə layihələr həyata keçirərək regional əməkdaşlıq üçün nümunə yaradır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər strateji layihələr bu əməkdaşlığın uğurlu nəticələrindən yalnız bir neçəsidir.

Eyni zamanda, Azərbaycan və Gürcüstanın ortaq məqsədləri yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Hər iki ölkə bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə töhfə vermək üçün birgə səylər göstərir. Bu əməkdaşlıq regionda geosiyasi tarazlığın qorunmasında mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan arasındakı münasibətlər tarixən sınaqdan çıxmış dostluq və tərəfdaşlıq nümunəsidir. Bu əlaqələr həm regionun inkişafına, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq modelinin qurulmasına təkan verir.

İqtisadiyyat, energetika istiqamətindən danışsaq, Azərbaycan və Gürcüstan enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri ilə regionda və onun hüdudlarından kənarda əhəmiyyətli rol oynayır. Bu əlaqələrin əsasını təşkil edən layihələr, yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, həm də qlobal enerji bazarının sabitliyinə xidmət edir. Yuxarıda qeyd etdiyim, BTC və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri kimi mühüm layihələr, Azərbaycanın zəngin enerji resurslarının Gürcüstan üzərindən Avropa bazarlarına çatdırılmasında mərkəzi rol oynayır. Bu infrastrukturlar enerji ixracında etibarlı marşrut olaraq həm regional, həm də beynəlxalq səviyyədə böyük əhəmiyyət daşıyır. BTC boru kəməri dünya enerji bazarının ən mühüm komponentlərindən biri hesab olunur və Xəzər dənizinin neft ehtiyatlarının dünya bazarına çıxarılmasında əvəzsiz rol oynayır. Eyni zamanda, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Azərbaycandan təbii qaz Avropaya nəql olunur ki, bu da Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.

Bundan əlavə, Cənub Qaz Dəhlizi kimi iri miqyaslı layihələr Azərbaycan və Gürcüstanın enerji sektorundakı strateji tərəfdaşlığını yeni səviyyəyə yüksəldib. Bu dəhliz Xəzər regionunun enerji resurslarını Cənubi Avropaya çatdırmaqla yanaşı, həm də bu marşrut boyunca yerləşən ölkələrin enerji təhlükəsizliyini artırır. Gürcüstan isə bu dəhlizdə tranzit ölkə kimi mühüm mövqeyə sahibdir, bu da onun geostrateji əhəmiyyətini daha da gücləndirir.

Azərbaycan və Gürcüstan arasında enerji sahəsindəki əməkdaşlıq, təkcə iqtisadi maraqlar deyil, həm də regional sabitlik və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyətə malikdir. Bu tərəfdaşlıq, hər iki ölkənin dünya enerji xəritəsindəki rolunu möhkəmləndirərək, gələcəkdə daha geniş layihələr üçün möhkəm zəmin yaradır.

Bundan əlavə, regional təhlükəsizlik məsələsi də hər iki ölkənin gündəliyindədir. Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyi Azərbaycan və Gürcüstan üçün sadəcə ortaq maraq deyil, həm də regional əməkdaşlıq və tərəfdaşlığın təməl sütunlarından biridir. İki qonşu ölkə, regional problemlərin həllində birgə səylər göstərərək həm ikitərəfli, həm də beynəlxalq səviyyədə öz mövqelərini möhkəmləndirirlər. NATO və digər beynəlxalq platformalarda fəal əməkdaşlıq bu tərəfdaşlığın geniş miqyasını və qarşılıqlı etimadı əks etdirir.

Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməklə yanaşı, regional təhlükəsizlik məsələlərində də eyni mövqelər nümayiş etdirir. Xüsusilə Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsində Azərbaycanın göstərdiyi açıq dəstək, bu tərəfdaşlığın həm siyasi, həm də mənəvi cəhətdən nə qədər güclü olduğunu sübut edir. Azərbaycanın bu məsələdə prinsipial mövqeyi, beynəlxalq hüquqa əsaslanan yanaşması ilə həmrəylik nümayiş etdirir.

Eyni zamanda, hər iki ölkə terrorizm, transmilli cinayətkarlıq və digər təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə fəal əməkdaşlıq edir. Regional təhlükəsizlik üzrə ortaq layihələr və hərbi təlimlər, tərəfdaşlığın praktiki sahədə də gücləndirildiyini göstərir. Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı, Cənubi Qafqazın sabitliyinin təmin olunması yolunda mühüm elementdir. Bu münasibətlər yalnız regional sülh və təhlükəsizliyə deyil, həm də beynəlxalq arenada iki ölkənin mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu əməkdaşlıq, ortaq maraqlar və dəyərlərə əsaslanan uzunmüddətli tərəfdaşlığın parlaq nümunəsidir.

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər tarixi köklərə və qarşılıqlı etimada əsaslanmaqla, bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlər, Cənubi Qafqazın sabitliyi və inkişafı üçün mühüm rol oynayaraq, regional və beynəlxalq səviyyədə əhəmiyyətli təsirə malikdir.

Son dövrlərdə bu əlaqələrin daha da dərinləşdiyinin bir göstəricisi olaraq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana səfəri xüsusi qeyd edilməlidir. Belə ki, İ.Kobaxidze yenidən Baş nazir seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdi. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

Gələcəyə baxdıqda, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığın daha da dərinləşəcəyi və qarşılıqlı əməkdaşlıq formatlarının yeni istiqamətləri əhatə edəcəyi gözlənilir. Bu münasibətlər, yalnız iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın sabitliyi və inkişafı üçün strateji əhəmiyyət kəsb edir.

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:109
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 21 Января 2025 12:49
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

17 Января 2026 20:58see383

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

18 Января 2026 11:18see308

В Дейр Хафире и Мескене сняли флаги PKK/SDG: сирийская армия восстановила контроль ВИДЕО

17 Января 2026 14:21see277

Побег иранских дипломатов на Запад наш комментарий

19 Января 2026 02:46see210

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

17 Января 2026 22:08see183

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

19 Января 2026 00:26see179

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

18 Января 2026 19:37see160

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

17 Января 2026 21:13see156

На Гоа арестован россиянин по подозрению в серии убийств

17 Января 2026 18:21see155

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

18 Января 2026 02:06see149

Рашад Эюбов: Впереди нас ждет много работы

17 Января 2026 23:02see147

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

17 Января 2026 17:45see142

Авианосная группа на подходе: США стягивают силу к Ирану

19 Января 2026 01:28see141

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

17 Января 2026 21:12see141

Президент Сирии провел переговоры с лидером сирийских курдов

18 Января 2026 16:28see135

Спасен рабочий, упавший на 6 метровую глубину Minval Politika

18 Января 2026 00:37see134

Welt: у бундесвера нет ни одной действительно боеготовой бригады

18 Января 2026 12:40see133

New York Post рассказала об экспериментах датчан над коренными народами Гренландии Minval Politika

17 Января 2026 14:48see130

Судьба Гвардиолы в Манчестер Сити решится в ближайшие месяцы Minval Politika

19 Января 2026 00:49see130

Китайский спецназ провел учения по сценарию захвата руководства Тайваня

17 Января 2026 23:01see127
newsПоследние новости
Самые свежие и актуальные события дня