Icma.az
close
up
AZ
Menu

Стало известно время начала парада в Баку Minval Politika

Этот маршрут получит новые автобусы Цена за проезд составит...

В Кремле прокомментировали саммит С5+1 в США Minval Politika

Комбинированная атака РФ по Украине: Удары по энергетике, попадание в многоэтажку ФОТО/ВИДЕО

Битва за Покровск близка к завершению?

Кахабер Цхададзе: Легко что то бросить и уйти

В Британии после испытаний новых бронемашин Ajax госпитализированы военные

Унижение вместо власти о вечном

Узбекистан вложит в экономику США свыше 100 миллиардов долларов

О режиме работы центров ASAN xidmət и ASAN kommunal в предстоящие праздничные дни

Судан: кошмар, о котором молчит мир Международная панорама на

МИД Пакистана о визите Шарифа в Баку: на повестке оборона, торговля и энергетика

Критическая ситуация в Тегеране: Пезешкиан предупредил о возможной эвакуации Minval Politika

Умер лауреат Нобелевской премии, раскрывший тайну ДНК

Стало известно время проведения военного парада в Баку

США добиваются согласия Израиля

Завтра Музей Победы откроет свои двери для посетителей ФОТО

Сегодня бакинцев ждет парад

Казахстан не поддержал Россию в вопросе снижения мясных пошлин

В Ханкенди готовятся к праздничному концерту ко Дню Победы (ФОТО)

Azərbaycan həmişə münaqişələrin diplomatiya və sülh yolu ilə həllinin tərəfdarıdır Azər Qarayev

Azərbaycan həmişə münaqişələrin diplomatiya və sülh yolu ilə həllinin tərəfdarıdır Azər Qarayev

Icma.az сообщает, основываясь на информации сайта Day.az.

İran və İsrail arasında illərdir davam edən gərgin münasibətlər son günlərdə yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. Raket atışmaları, qarşılıqlı hərbi təhdidlər və region ölkələrinin sərhədlərinə yaxınlaşan təhlükə atmosferi artıq lokal qarşıdurmadan çıxaraq beynəlxalq gündəmi zəbt edir. Dünya bu qarşıdurmanı böyük diqqətlə izləyir, bir çox dövlətlər ehtiyatlı mövqe nümayiş etdirməyə çalışır. Azərbaycanın isə İran-İsrail qarşıdurmasında tutduğu mövqe təkcə bu münaqişəyə deyil, bütövlükdə ölkənin xarici siyasət fəlsəfəsinə aiddir. Azərbaycan uzun illərdir balanslaşdırılmış diplomatiya yürüdür və bu siyasət, xüsusilə də gərginlik dövrlərində daha da ön plana çıxır. Rəsmi Bakı həmişəki kimi neytrallığını qoruyaraq, sülhün tərəfdarı kimi çıxış edərək, bu dəfə də tərəfləri təminli olmağa, münaqişədən yayınmağa və məsələlərin diplomatiya yolu ilə həllinə çağırdı.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan bu məsələnin diplomatiya yolu ilə həll edilməsinin tərəfdarı olduğunu açıq şəkildə bəyan etdi və qarşıdurmanın dayandırılmasının tərəfdarı kimi çıxış etdi. Xarici İşlər Nazirliyi iki dəfə belə bir bəyanatla çıxış etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanın həm İranla, həm də İsraillə diplomatik münasibətləri mövcuddur. Tehranla qonşuluq və tarixi bağlar, Təl-Əvivlə isə enerji, təhlükəsizlik və texnoloji əməkdaşlıq əlaqələri mövcuddur. Belə bir vəziyyətdə bitərəf qalmaq və eyni zamanda qarşılıqlı münasibətləri pozmamaq yalnız bacarıqlı diplomatiya ilə mümkündür. Azərbaycanın bu məsələdəki uğuru təkcə daxili sabitliyi qorumaq deyil, eyni zamanda beynəlxalq imicini gücləndirməkdir", - o bildirib.

Sərhədlərin bağlı qalmasına toxunan politoloq qeyd edib ki, İran-İsrail qarşıdurmasının regiona yayıla biləcək təhlükələri fonunda Azərbaycan sərhədlərinin bağlı qalması tibbi və sanitar səbəblərlə bağlı yox, həm də milli təhlükəsizlik maraqlarına əsaslanır.

"Azərbaycanın bu qərarı öz əhalisinin təhlükəsizliyini təmin etmək, kənar risklərin qarşısını almaq üçün atılmış mühüm addımdır. Sərhədlərin bağlı qalması həm də regionda potensial təxribatların və destabilizasiyaların qarşısını almağa yönəlib. Ətrafımızdakı ölkələrdə qeyri-sabitlik artdığı dövrdə, Azərbaycanın öz sərhədlərini qapalı saxlaması preventiv bir yanaşmadır. Bu, eyni zamanda cəmiyyətin və iqtisadiyyatın daxili təhlükəsizliyini qoruyan bir strategiyadır", - o bildirib.

Onun sözlərinə görə, sərhədlərin bağlanması qərarı COVİD səbəbilə verilsədə, burada digər faktorların da önəmli rol oynadığının vaxt keçdikcə gördük və anladıq.

"Prezident İlham Əliyevin aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumunda çıxışı zamanı dediyi kimi, Azərbaycan hələ də formal olaraq karantin mərhələsindədir, amma eyni zamanda, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır: "Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür". Hazırkı ətrafımızdakı münaqişələr də məhz bunu göstərir ki, sərhədlərin bağlı saxlanılması, doğurdan da, çox düşünülmüş və strateji bir addımdır. Rusiya-Ukrayna münaqişəsi, indi isə İran-İsrail münaqişəsi, bütün bunlar bu addımın necə önəmli olduğunun sübutudur", - A.Qarayev bildirib.

A.Qarayev həmçinin, İran-İsrail münaqişəsi kontekstində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası, yayılan feyk xəbərlərə də münasibət bildirib.

"Münaqişənin qızğın çağlarında Azərbaycan əleyhinə sosial şəbəkələrdə və bəzi anti-Azərbaycan dairələrin nəzarətində olan informasiya kanallarında dezinformasiyalara əsaslanan qarayaxma kampaniyalarının məqsədi də Azərbaycanın İsrailin tərəfini tutduğu görüntüsünü yaratmaq, İranda ictimai rəyə təsir göstərmək və Bakı ilə Tehran arasında münasibətləri pozmaqdır. Halbuki bu iddiaların heç biri, təbii ki, təsdiqini tapmır. Azərbaycanın rəsmi qurumları bu informasiya təxribatlarına qarşı operativ və ardıcıl şəkildə reaksiya verir: Medianın İnkişafı Agentliyi, Xarici İşlər Nazirliyi və digər aidiyyəti orqanlar yalan məlumatların yayılmasına dair açıqlamalar yaydı, mətbuat da bu istiqamətdə öz rolunu oynadı. Ən önəmlisi isə, Azərbaycan ictimaiyyəti bu tip təxribatlara qarşı artıq kifayət qədər informasiya savadına malikdir və ölkədə ictimai rəy bu cür dezinformasiyalara uymur. Azərbaycan cəmiyyəti dövlətin tutduğu neytral və sabitliyə yönəlik mövqeyini dəstəkləyir və anlayır ki, bölgədə gərginliyin artması heç bir dövlət üçün fayda gətirməyəcək", - A.Qarayev bildirib.

Politoloq ölkəmizin hazırkı vəziyyətdə atdığı mühüm humanitar addımlardan danışıb. Onun sözlərinə görə, İran-İsrail münaqişəsi çərçivəsində uçuşların dayandırıldığı bir dövrdə bir çox ölkələr öz vətəndaşlarını təxliyə etməkdə çətinlik çəkdi.

"Bu zaman Azərbaycan dövləti humanitar və qonşuluq məsuliyyətini ön plana çəkərək unikal və təqdirəlayiq addım atdı. İrandan çıxmaq istəyən üçüncü ölkə vətəndaşlarının təxliyyəsi üçün Azərbaycan ərazisindən dəhliz yaradıldı. Bu çərçivədə Avropa ölkələri, MDB dövlətləri və digər regionlardan olan dövlətlər rəsmi Bakıya müraciət etdilər. Azərbaycan hökuməti bu müraciətləri cavabsız qoymadı. Mürəkkəb logistik və diplomatik koordinasiya nəticəsində yüzlərlə insan təhlükəsiz şəkildə Azərbaycan ərazisindən keçərək öz ölkələrinə qayıda bildi. Bu əməliyyat Azərbaycan dövlətinin böhran anlarında təkcə öz vətəndaşlarına yox, eyni zamanda qlobal məsuliyyət hissi ilə digər ölkələrə də yardım etmək qabiliyyətinin göstəricisidir. Bu, Azərbaycanın beynəlxalq humanitar imicini daha da gücləndirir", - o bildirib.

A.Qarayev qeyd edib ki, İran və İsrail arasında davam edən qarşıdurma bir çox region ölkələrini çətin vəziyyətə salıb.

"Bəziləri tərəf seçmək məcburiyyətində qalır, bəziləri isə bu münaqişənin fəsadlarını birbaşa hiss edir. Azərbaycan isə bu mürəkkəb və təhlükəli geosiyasi mənzərədə öz milli maraqlarına, daxili təhlükəsizliyinə əsaslanan, lakin eyni zamanda beynəlxalq məsuliyyətə söykənən mövqe sərgiləyir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan həmişə bütün məsələlərə konstruktiv yanaşır, sülhə, danışıqlara və diplomatiyaya yönəlmiş siyasət aparır", - politoloq əlavə edib.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:147
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 23 Июня 2025 19:38
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Стало известно время начала парада в Баку Minval Politika

08 Ноября 2025 10:38see270

Этот маршрут получит новые автобусы Цена за проезд составит...

07 Ноября 2025 09:38see262

В Кремле прокомментировали саммит С5+1 в США Minval Politika

07 Ноября 2025 10:34see244

Комбинированная атака РФ по Украине: Удары по энергетике, попадание в многоэтажку ФОТО/ВИДЕО

08 Ноября 2025 09:34see216

Битва за Покровск близка к завершению?

07 Ноября 2025 11:14see209

Кахабер Цхададзе: Легко что то бросить и уйти

07 Ноября 2025 20:24see192

В Британии после испытаний новых бронемашин Ajax госпитализированы военные

07 Ноября 2025 22:59see178

Унижение вместо власти о вечном

09 Ноября 2025 02:37see175

Узбекистан вложит в экономику США свыше 100 миллиардов долларов

07 Ноября 2025 09:06see151

О режиме работы центров ASAN xidmət и ASAN kommunal в предстоящие праздничные дни

07 Ноября 2025 11:07see150

Судан: кошмар, о котором молчит мир Международная панорама на

07 Ноября 2025 09:32see149

МИД Пакистана о визите Шарифа в Баку: на повестке оборона, торговля и энергетика

07 Ноября 2025 11:12see148

Критическая ситуация в Тегеране: Пезешкиан предупредил о возможной эвакуации Minval Politika

07 Ноября 2025 11:25see143

Умер лауреат Нобелевской премии, раскрывший тайну ДНК

08 Ноября 2025 01:22see142

Стало известно время проведения военного парада в Баку

08 Ноября 2025 09:23see142

США добиваются согласия Израиля

07 Ноября 2025 18:26see142

Завтра Музей Победы откроет свои двери для посетителей ФОТО

08 Ноября 2025 12:34see139

Сегодня бакинцев ждет парад

08 Ноября 2025 10:24see139

Казахстан не поддержал Россию в вопросе снижения мясных пошлин

07 Ноября 2025 14:09see139

В Ханкенди готовятся к праздничному концерту ко Дню Победы (ФОТО)

07 Ноября 2025 13:05see129
newsПоследние новости
Самые свежие и актуальные события дня