Azərbaycan İrandakı SOYDAŞLARIMIZ ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ VİDEO
Согласно информации сайта Day.az, сообщает Icma.az.
Ermənilər, digər tərəfdən Türkiyədəki bəzi iranmeyilli şəxslər, yaxud media resursları, o biri tərəfdən də Rusiya sosial media istifadəçiləri və 2-ci Qarabağ müharibəsində ermənilərin xeyrinə fəaliyyət göstərən teleqram kanalları dövrüyyəyə Azərbaycanın öz ərazisindən İrana hava zərbələri endirmək üçün İsrail qırıcılarına şərait yaratması ilə bağlı dezinformasiya yayıb.
Day.Az xəbər verir ki, AzTV-də yayımlanan "Həftə" analitik-informasiya proqramının aparıcısı Rövşən Məmmədov bu məsələni belə şərh edib:
"Əvvəla, Azərbaycan nəinki bu gün, tarixin heç bir dönəmində və nəinki, İsrailə, bir zamanlar hətta Amerika Birləşmiş Ştatlarına belə ərazisindən istifadə etməklə İrana hücum etməyə imkan verməmişdi və bu məsələdə Prezident İlham Əliyev bir dəfə prinsipial mövqe ortaya qoyaraq bildirmişdi ki, Azərbaycan dövlətindən 3-cü ölkəyə hücum etmək imkanı heç zaman verilməyəcək. Niyə? Çünki:
1. Qonşuluq prinsipi var və Azərbaycan bu prinsipə heç zaman xəyanət etməyib - nə tarixən, nə bu gün.
2. Bu addım müharibəni regiona daşımaq olardı. Azərbaycan üçün isə regional təhlükəsizlik əsas şərtdir.
3. İranda bizim 40 milyondan çox soydaşımız yaşayır. Onların təhlükəsizliyi bizim üçün nəyinki vacibdir, həyati əhəmiyyət kəsb edir və heç də təsadüfi deyil ki, Azərbaycan tərəfi bu günlər ərzində bir neçə dəfə müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdi. Həmin mesajda İsrail tərəfi İranda azərbaycanlıların olduğu yaşayış məntəqələrini hədəfə almamağa, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməyə çağırılır. Yəni bütün bunlardan sonra kiminsə Azərbaycanı öz ərazisini İsrailə açmaqda ittiham etmək gülüncdür və ucuz dezinformasiyadan başqa bir şey deyil. O ki qaldı regionda oturub Avropaya, yaxud okeanın o tayına informasiya ötürən siçovullara, onu bizdə yox, Ermənistanda axtarın..."
Bu şərhin videomaterialını linkə keçid edərək izləyə bilərsiniz: https://youtu.be/fcGV0nyCuS0


