Icma.az
close
up
RU
Yarımçıq tikili sakinlərin kabusuna çevrilib: Polis hərəkətə keçdi FOTOLAR Yeni Sabah

Yarımçıq tikili sakinlərin kabusuna çevrilib: Polis hərəkətə keçdi FOTOLAR Yeni Sabah

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 51 ünvanının qarşısında yerləşən yarımtikili vətəndaşlar üçün əməlli-başlı problemdir. Sözügedən tikili narkomanların toplaşdığı məkana çevrilib. Tikiliyə çoxlu sayda zibil tullantılarının atılması isə ətrafda dəhşətli qoxunun və antisanitar vəziyyətin yaranması ilə nəticələnib. 

Həmin ünvanda yaşayan sakinlərin Yenisabah.az-a müraciəti zamanı bildirilib ki, yarımtikili vaxtilə Daxili İşlər Nazirliyi tərəfindən ərazidə fəaliyyət göstərən polis əməkdaşları üçün inşa edilib. Lakin tikinti işləri yarımçıq saxlanılıb. İndi isə tikilinin içərisi və ətrafı narkotik vasitələr üçün istifadə olunan iynə və şprislə doludur. 

Vətəndaşların sözlərinə görə, intensiv zibil tullantılarının qarşısını almaq üçün yarımtikilinin ətrafı daşla hörülüb. Amma bu heç bir nəticə verməyib. Ərazi üzrə fəaliyyət göstərən Mənzil İstismar Sahəsi məsələnin onların səlahiyyətində olmadığını deyib. Sakinlər sözügedən tikilinin sökülməsini və problemin həllini tələb edir.

Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov Yenisabah.az-a açıqlamasında bildirib ki, sözügedən əraziyə polis əməkdaşları tərəfindən lazımi tədbirlər həyata keçirilib:

“Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə tərəfimizdən paytaxt Bakı və bölgələrdə fasiləsiz olaraq əməliyyat və profilaktik tədbirlər keçirilir. Adıçəkilən ünvanda da müxtəlif vaxtlarda dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və tüfeyli həyat tərzi keçirən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunauyğun tədbirlər görülüb. Qeyd edilən tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulub. Artıq əraziyə əlavə polis naryadları da cəlb edilib”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Noyabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri