Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
2 sentyabr tarixində Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Azərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robotexnika çempionatı- "TechnoXian World Cup 9.0" da iştirak edib.
Day.Az xəbər verir ki, кomanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi mötəbər yarışmada Azərbaycan komandası Qrand Çempionat - Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.
Другие новости на эту тему:
Просмотров:95
Эта новость заархивирована с источника 16 Сентября 2025 12:31 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















