Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilir
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Dekabrın 5-də Bakı Konqres Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən üç mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, "ASAN xidmət" və "IDEA" İctimai Birliyinin tərəfdaşlığı ilə dekabrın 5-dən 16-dək "Azərbaycan Könüllülük Həftəsi 2024" çərçivəsində təşkil olunur.
Forum çərçivəsində könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan "Tullantıdan sənətə" adlı müxtəlif sənət əsərlərinin sərgisi həyata keçirilib.
Forumun rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Xəbər yenilənəcək
Другие новости на эту тему:
Просмотров:139
Эта новость заархивирована с источника 05 Декабря 2024 14:45 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















