Icma.az
close
up
AZ
Menu

Дружба дружбой, а курс на ЕС: Братские объятия на прощание

Осень завершается азербайджанской музыкой, танцами и национальными традициями (ФОТО)

При помощи слов я стараюсь воплощать в жизнь миры, о которых мечтаю Марьям Багирова ФОТО ВИДЕО

Обсуждено укрепление связей между органами прокуратуры Азербайджана и Словакии (ФОТО)

Азербайджан и ЕС активизируют переговоры о едином авиационном пространстве

Азербайджанский спортсмен завоевал "золото" ЧМ по грэпплингу

AZAL: около 30% продаж в 2025 году пришлось на прямые цифровые каналы

ЗАО Azerbaijan Airlines представило годовой отчёт за 2025 год

В Батуми произошли столкновения между болельщиками Бешикташа и полицией ВИДЕО

В Дубае открылся подземный музей в старинном форте Аль Фахиди

Виртуозная техника на пуантах

В Баку прошёл вечер элегантного искусства классическая музыка среди музейных шедевров (ФОТО)

Ангел Victoria s Secret показала редкое фото с дочерьми

Невидимую недвижимость выведут из тени?

Названы опасные симптомы после удара головой

АБР запускает Платформу климатического развития с участием Азербайджана, Казахстана и Кыргызстана

В отношении рэпера Джигана не стали возбуждать дело о хулиганстве и захвате заложников

Дальний родственник баяты

В "Сабахе" рассказали о последствиях травмы Зедадки в матче с "Барселоной"

Заявление инициативы Мост мира для прессы

Özbəkistanda Azərbaycan QHTləri ilə bağlı əməkdaşlıq forumu keçirilir

Özbəkistanda Azərbaycan QHTləri ilə bağlı əməkdaşlıq forumu keçirilir

Согласно информации сайта Day.az, сообщает Icma.az.

Bu gün Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan QHT-lərinin forumu işə başlayıb.

Day.Az QHT-lərə Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir ki, forumun rəsmi açılış mərasimində əvvəlcə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.

Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, hazırki forum bu prosesin davamıdır.

Özbəkistanın Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda "Vətəndaş cəmiyyəti həftəsi"kimi qeyd olunmağa başlandığını vurğulayıb, belə bir həftədə bu forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, artıq əminliklə demək olar ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir:

"Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər".

O, Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edib: "Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a evsahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər. Yeri gəlmişkən, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır. COP29 çərçivəsində türk dövlətlərinin QHT-lərinin I forumu da keçirildi. Özbəkistan heyəti orada çox fəal iştirak etdi, vacib təşəbbüslər irəli sürüldü". Tural Əliyev Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtının çatdığını da bildirib: "Biz buna hazır olduğumuzu bəyan edirik. Özbəkistan QHT-lərinə Azərbaycanda layihələr icra etmək üçün bütün köməkliyi göstərməyə hazırıq".

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin müşaviri Mahir Cəfərov bildirib ki, iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdə QHT-lərin də layiqli töhfələrini verməyə başlaması münasibətlərə yeni çalar qatır.

Rəsmi açılış mərasimində Özbəkistanın Ali Məclisinin Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçiləri də iştirak edib.

Forumda Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.

Forum sessiyalarla davam edəcək.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:236
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 05 Декабря 2024 13:23
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Дружба дружбой, а курс на ЕС: Братские объятия на прощание

26 Ноября 2026 16:15see275

Осень завершается азербайджанской музыкой, танцами и национальными традициями (ФОТО)

26 Ноября 2026 18:40see264

При помощи слов я стараюсь воплощать в жизнь миры, о которых мечтаю Марьям Багирова ФОТО ВИДЕО

26 Ноября 2026 17:54see241

Обсуждено укрепление связей между органами прокуратуры Азербайджана и Словакии (ФОТО)

26 Ноября 2026 16:33see232

Азербайджан и ЕС активизируют переговоры о едином авиационном пространстве

26 Ноября 2026 21:11see230

Азербайджанский спортсмен завоевал "золото" ЧМ по грэпплингу

26 Ноября 2026 20:44see229

AZAL: около 30% продаж в 2025 году пришлось на прямые цифровые каналы

26 Ноября 2026 18:11see224

ЗАО Azerbaijan Airlines представило годовой отчёт за 2025 год

26 Ноября 2026 17:35see221

В Батуми произошли столкновения между болельщиками Бешикташа и полицией ВИДЕО

26 Ноября 2026 22:43see215

В Дубае открылся подземный музей в старинном форте Аль Фахиди

27 Ноября 2026 09:47see211

Виртуозная техника на пуантах

27 Ноября 2026 10:15see210

В Баку прошёл вечер элегантного искусства классическая музыка среди музейных шедевров (ФОТО)

26 Ноября 2026 18:40see207

Ангел Victoria s Secret показала редкое фото с дочерьми

27 Ноября 2026 09:48see197

Невидимую недвижимость выведут из тени?

27 Ноября 2026 14:34see196

Названы опасные симптомы после удара головой

27 Ноября 2026 04:59see190

АБР запускает Платформу климатического развития с участием Азербайджана, Казахстана и Кыргызстана

27 Ноября 2026 19:43see188

В отношении рэпера Джигана не стали возбуждать дело о хулиганстве и захвате заложников

27 Ноября 2026 17:07see182

Дальний родственник баяты

27 Ноября 2026 11:24see180

В "Сабахе" рассказали о последствиях травмы Зедадки в матче с "Барселоной"

27 Ноября 2026 19:56see179

Заявление инициативы Мост мира для прессы

27 Ноября 2026 16:43see174
newsПоследние новости
Самые свежие и актуальные события дня