Icma.az
close
up
AZ
Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etdi FOTO

Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etdi FOTO

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişafından məmnunluq vurğulanıb.

İnvestisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Pakistanla energetika, sənaye, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələrin icrası üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, investisiya və ticarət tərəfdaşlığının dərinləşdirilməsi üçün bu potensialdan səmərəli istifadə etmək böyük əhəmiyyət daşıyır.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran digər məsələləri müzakirə ediblər.

seeПросмотров:82
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
newsПоследние новости
Самые свежие и актуальные события дня