Icma.az
close
up
AZ
Menu

Актоты Раимкулова: Павильон Азербайджана отражает сохранение культурного наследия и чуткое отношение к природе

Азербайджанское ковровое искусство представили на выставке в Софии ФОТО

В Швеции не исключают, что FIS перенесет чемпионат мира из за допуска России

Народная артистка Азербайджана Фирангиз Ализаде раскритиковала использование ИИ в музыке

Арзу Алиева поделилась публикацией с презентации фильма Шаги в тишине

Карапетян попал в двойной капкан

Посол: Азербайджанскую и итальянскую кухни объединяют общие традиции

Посол Таджикистана: Национальная кухня помогает сохранять традиции народа

В России столкнулись два грузовика и микроавтобус: погиб азербайджанец

В Баку представлена традиционная культура казахов (ФОТО)

Еще 50 человек, относящихся к уязвимым группам, отправлены в санаторно курортный центр

В Баку автомобиль насмерть сбил пешехода, переходившего дорогу в неположенном месте

Итальянскую кулинарную культуру представили в Баку ФОТО

Ирак восстанавливает транспортировку нефти через Ормуз под контролем армии США

В Баку представлены традиции итальянской кухни

Гевхар Бахшалиева: Сохранение нашей национальной идентичности и культурного наследия основа идеологии азербайджанства

Азербайджан укрепляет деловые связи с компаниями Вьетнама ФОТО

Какие вопросы будут обсуждаться на предстоящих заседаниях Милли Меджлиса?

Около 65 млрд долларов из выделенной США помощи Украине остаются неиспользованными

Опровергнут популярный миф о гипертонии

Azərbaycan Prezident İlham Əliyevin liderlik modeli ilə hər bir çətinliyi aşmağı bacardı ŞƏRH

Azərbaycan Prezident İlham Əliyevin liderlik modeli ilə hər bir çətinliyi aşmağı bacardı ŞƏRH

По данным сайта Day.az, передает Icma.az.

Müasir beynəlxalq münasibətlər sistemində ağır geosiyasi sınaqların mərkəzində dayanan Ukraynada baş verənlər bu gün bütövlükdə dünya nizamı üçün təhlükəsizlik arxitekturasının nə qədər kövrək olduğunu göstərir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.

Millət vəkili bildirib ki, bu faciənin kökündə isə təkcə regional güclərin maraqlarının toqquşması yox, həm də dövlət idarəçiliyi və siyasi liderlik səviyyəsində buraxılmış strateji boşluqlar dayanır:

"Ukraynanın yaşadığı böhran beynəlxalq hüququn selektiv tətbiqi, qlobal güc mərkəzlərinin ikili standartları və ən əsası, dövlətin milli maraqlarını qətiyyətlə müdafiə edə bilən liderliyin olmamasının acı nəticələrini ortaya qoyur. Bu reallıqdan çıxış edərək hər bir ölkə üçün liderlik, təhlükəsizlik və strateji düşüncə amillərinin həyati önəm daşıdığı daha aydın görünür. Azərbaycanın son illərdə keçdiyi yol, məhz bu kontekstdə xüsusi diqqət kəsb edir".

Deputat vurğulyıb ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqları ilə bağlı mövqeyi beynəlxalq hüquqa tam uyğun idi:

"Rəsmi Bakı daim qəbul edilmiş BMT qətnamələrinin icrasını tələb edir, haqlı mövqeyini beynəlxalq tribunalarda səsləndirirdi. Lakin özlərini demokratiya, insan hüquqları və beynəlxalq təhlükəsizlik sisteminin qarantı adlandıran qüvvələr sanki bu səsi eşitmək istəmirdilər. Status-kvonun qorunması üçün müxtəlif siyasi, diplomatik və informasiya mexanizmləri işə salınır, Ermənistanın işğalçı siyasəti faktiki olaraq legitimləşdirilməyə cəhd edilirdi. Bu, təkcə ədalətsizlik deyil, həm də beynəlxalq sistemin selektiv yanaşmasının növbəti sübutu idi. Belə bir şəraitdə Azərbaycanın qarşısında yalnız bir yol qalırdı: prinsipial, ardıcıl, məqsədyönlü və qətiyyətli siyasət xətti yorulmadan davam etdirmək".

Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin strateji siyasi xəttini davam etdirərək mürəkkəb və ədalətsiz geosiyasi mühitdə Azərbaycanı gücləndirmək, dövlətin siyasi, hərbi və iqtisadi potensialını yüksəltmək üçün sistemli, dərin strateji baxışa əsaslanan siyasət yürütməyə başladı. Bu siyasətin əsas xüsusiyyətləri bir neçə mühüm amil təşkil edirdi:

Birinci amil atılan bütün addımların məqsədyönlü xarakter daşıması idi. Azərbaycanın milli güc potensialı ardıcıl olaraq artırılır, ordu quruculuğu, diplomatik fəaliyyət, iqtisadi modernizasiya paralel aparılırdı. Digər önəmli faktor prinsipiallıqdır. Prezident İlham Əliyev işğalla barışmayan ölkə rəhbəri kimi daim bəyan edirdi ki, Azərbaycan heç vaxt torpaqlarının Ermənistan tərəfindən təklif edilən "daimi status-kvo"ya qurban verilməsinə imkan verməyəcək. Başqa bir önəmli faktor praqmatiklikdir. Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə balanslaşdırılmış, lakin suverenliyə xələl gətirməyən siyasət yürüdür, böyük güclər arasında tarazlıq yaradır, amma ölkənin milli maraqların qorunması prinsipi dəyişməz qalırdı. Mühüm əhəmiyyət kəsb edən amillərdən biri də şübhəsiz ki, qətiyyətdir. Azərbaycan liderinin qətiyyətli mövqeyi nəticəsində ölkəmizin haqlı tələblərini inkar etmək günbəgün mümkünsüzləşir, Ermənistanın havadarlarının status-kvonu rəsmiləşdirmək cəhdləri tükənir və nəticədə bütün bu yanaşmalar iflasa uğrayırdı. Bu liderlik modeli klassik siyasi nəzəriyyələrdə təsvir olunan "strateji dövlət rəhbəri" tipinə tam uyğundur - öz xalqının maraqlarını hər şeydən üstün tutan, emosiyadan deyil, hesablanmış qərarlardan çıxış edən, lakin lazım olan anda maksimal iradə ortaya qoyan lider.

E.Mirzəbəyli əlavə edib ki, 2020-ci il Vətən müharibəsi və ondan sonrakı antiterror tədbirləri Azərbaycanın milli gücünün zirvəsi oldu. Azərbaycan heç kimdən yardım almadan, xarici hərbi qüvvələrə söykənmədən, yalnız öz iqtisadi, hərbi, diplomatik və siyasi gücünə arxalanaraq ərazi bütövlüyü və suverenliyini bərpa etdi.

"Bu, postsovet məkanında analoqu olmayan fenomendir. Azərbaycan nəinki işğala son qoydu, həm də regionda yeni geosiyasi reallıq yaratdı. Əslində bu nəticə təkcə hərbi qələbə deyil, liderliyin gücü, strateji düşüncə, xalqa arxalanan dövlət iradəsinin qələbəsidir.

Bu gün Ukraynanın yaşadığı faciənin əsas səbəblərindən biri də məhz güclü strateji liderliyin olmamasıdır. Nəticədə Ukraynanın təhlükəsizlik konsepsiyası parçalanıb, siyasi hakimiyyət daxilində vahid strateji xətt sıradan çıxıb və yaxud ümumiyyətlə olmayıb, xarici qüvvələrin təsiri isə daxili siyasəti müəyyənləşdirən başlıca amilə çevrilib. Belə olan halda ölkə nə diplomatik müstəvidə vahid mövqeyini qoruya bilib, nə də milli güc amillərini zamanında ortaya qoymağı bacarıb. Bunun nəticəsi isə ağır geosiyasi fəlakət olub.

Azərbaycan nümunəsi göstərir ki, güclü liderlik millətin və dövlətin təhlükəsizliyinin əsas təminatçısıdır. Gerçək liderin strateji baxışı dövlətin gələcəyini müəyyən edir. Prinsipiallıq və qətiyyət beynəlxalq aləmdə hörmət və nəticə qazandırır, ədalət isə yalnız güclə təmin olunur.

Azərbaycanın son illərdə qazandığı tarixi uğurlar, dövlətin regional və qlobal miqyasda artan rolu, ən əsası isə 30 ildən sonra ədalətin bərpa olunması bir həqiqəti sübut edir: Güclü, xarizmatik, geniş dünyagörüşünə malik, strateji baxışlı və vətənpərvər lider dövlətin ən böyük sərvətidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan məhz belə bir liderlik modeli ilə hər bir çətinliyi yenməyi bacardı, tarixə öz gücü, öz iradəsi ilə yazılan zəfərin müəllifi oldu. Bu gün bir çox dövlətlər, o cümlədən Ukraynanın yaşadığı faciələr onu göstərir ki, liderlik boşluğu bəzən ordudan, iqtisadiyyatdan, hətta beynəlxalq dəstəkdən də qat-qat təhlükəlidir. Azərbaycan isə yüksək liderlik keyfiyyətləri, xalq-dövlət birliyi və strateji iradə sayəsində öz taleyini özü yazan dövlətə çevrilib", - deyə o fikirlərini yekunlaşdırıb.

Оставайтесь с нами на Icma.az, чтобы не пропустить важные новости и обновления по данной теме.
seeПросмотров:202
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 22 Ноября 2025 17:18
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Актоты Раимкулова: Павильон Азербайджана отражает сохранение культурного наследия и чуткое отношение к природе

13 Ноября 2026 18:16see301

Азербайджанское ковровое искусство представили на выставке в Софии ФОТО

13 Ноября 2026 18:20see301

В Швеции не исключают, что FIS перенесет чемпионат мира из за допуска России

13 Ноября 2026 23:12see301

Народная артистка Азербайджана Фирангиз Ализаде раскритиковала использование ИИ в музыке

13 Ноября 2026 17:51see290

Арзу Алиева поделилась публикацией с презентации фильма Шаги в тишине

13 Ноября 2026 23:01see288

Карапетян попал в двойной капкан

13 Ноября 2026 21:30see282

Посол: Азербайджанскую и итальянскую кухни объединяют общие традиции

13 Ноября 2026 18:51see275

Посол Таджикистана: Национальная кухня помогает сохранять традиции народа

13 Ноября 2026 19:28see269

В России столкнулись два грузовика и микроавтобус: погиб азербайджанец

14 Ноября 2026 01:31see265

В Баку представлена традиционная культура казахов (ФОТО)

13 Ноября 2026 21:13see251

Еще 50 человек, относящихся к уязвимым группам, отправлены в санаторно курортный центр

13 Ноября 2026 20:14see235

В Баку автомобиль насмерть сбил пешехода, переходившего дорогу в неположенном месте

13 Ноября 2026 21:30see234

Итальянскую кулинарную культуру представили в Баку ФОТО

13 Ноября 2026 18:27see226

Ирак восстанавливает транспортировку нефти через Ормуз под контролем армии США

14 Ноября 2026 01:06see223

В Баку представлены традиции итальянской кухни

13 Ноября 2026 19:31see222

Гевхар Бахшалиева: Сохранение нашей национальной идентичности и культурного наследия основа идеологии азербайджанства

13 Ноября 2026 20:14see215

Азербайджан укрепляет деловые связи с компаниями Вьетнама ФОТО

13 Ноября 2026 21:16see206

Какие вопросы будут обсуждаться на предстоящих заседаниях Милли Меджлиса?

13 Ноября 2026 19:55see204

Около 65 млрд долларов из выделенной США помощи Украине остаются неиспользованными

14 Ноября 2026 03:22see203

Опровергнут популярный миф о гипертонии

14 Ноября 2026 02:28see189
newsПоследние новости
Самые свежие и актуальные события дня