Azərbaycanda ən yüksək və ən aşağı pensiya verilən bölgələr SİYAHI
Azərbaycanda ayrı-ayrı iqtisadi rayonlar üzrə pensiyaçıların sayı, eləcə də, ən yüksək və ən aşağı təyin olunmuş pensiyaların orta aylıq məbləği məlum olub.
Day.Az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin oktyabrın 1-i vəziyyətinə Azərbaycanda pensiyaçıların və orta aylıq pensiya məbləğinin ən çox olduğu yer Bakı şəhəridir.
Belə ki, qeyd olunan dövr ərzində Bakıda pensiyaçıların sayı 385 505 nəfər, orta aylıq pensiya məbləği isə 675,07 manat olub.
Siyahıda ikinci pillədə 450,21 manat orta aylıq pensiya məbləği ilə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi iqtisadi rayonlar arasında Abşeron-Xızı iqtisadi rayonu (413,95 manat) üçüncü, Gəncə-Daşkəsən iqtisadi rayonu (400,07 manat) isə dördüncüdür.
Siyahıda ilk beşliyi Şirvan-Salyan iqtisadi rayonu tutur. Belə ki, sözügedən rayonda təyin olunmuş pensiyaların orta aylıq məbləği 399,63 manatdır.
2024-cü il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi rayonlar üzrə pensiyaçıların sayı və təyin olunmuş pensiyaların orta aylıq məbləğini təqdim edirik:
İqtisadi rayonlar
Pensiyaçıların sayı, nəfər
Təyin olunmuş pensiyaların orta aylıq məbləği, manat
Bakı şəhəri
385505
675,07
Naxçıvan Muxtar Respublikası
46581
450,21
Abşeron-Xızı iqtisadi rayonu
56115
413,95
Gəncə-Daşkəsən iqtisadi rayonu
59779
400,07
Şirvan-Salyan iqtisadi rayonu
45189
399,63
Şərqi Zəngəzur iqtisadi rayonu
26557
395,24
Qazax-Tovuz iqtisadi rayonu
65561
392,91
Quba-Xaçmaz iqtisadi rayonu
48212
392,51
Dağlıq Şirvan iqtisadi rayonu
31011
389,66
Mərkəzi Aran iqtisadi rayonu
71813
389,12
Qarabağ iqtisadi rayonu
63143
388,23
Mil-Muğan iqtisadi rayonu
47560
385,74
Lənkəran-Astara iqtisadi rayonu
86063
383,60
Şəki-Zaqatala iqtisadi rayonu
65442
383,46
Qeyd edək ki, bu ilin oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,5 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,9 faiz artaraq, 493,9 manat təşkil edib və orta aylıq əməkhaqqının 49,7 faizinə bərabər olub.