Azərbaycanın COP29 da sədrliyi iqlim dəyişmələri ilə bağlı hərəkətə keçmək üçün siqnala çevrildi Sloveniyalı nazir
Как передает Icma.az со ссылкой на сайт Day.az.
Azərbaycan ilə Avropanın digər hissəsi arasındakı əməkdaşlığın əhəmiyyəti gedərək artır. Burada yaşıl enerjini də qeyd etmək yerinə düşər. Azərbaycan ilə Sloveniya arasında konstruktiv münasibətlər qurulub. Biz müəyyən dərəcədə kiçik ölkəyik və enerji asılılığımız var. Enerji təchizatının vacibliyini anlayır və bilirik ki, bu, iqtisadi inkişafın əsas meyarıdır.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
O bildirib ki, son illər ərzində siyasi vəziyyət xeyli dəyişib və bununla da enerji ehtiyatlarının və marşurtlarının şaxələndirilməsi heç vaxt olmadığı qədər vacib olub.
"Bu yeni reallıqdan baxaraq, etibarlı tərəfdaşlıq çox əhəmiyyətlidir. Azərbaycan dəqiqliklə bunu sübuta yetirdi. Sloveniya bu tərəfdaşlığa sadiqdir və Avropa Komissiyasının bu əməkdaşlığın gücləndirilməsindəki səylərini alqışlayır", - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Cənub Qaz Dəhlizi çox mühüm marşrutdur və Xəzər dənizi regionunu Avropa bazarlarına bağlayır:
"Əgər biz gələcəyə nəzər salsaq etiraf etməliyik ki, bizim enerji təhlükəsizliyimiz yalnız təbii qazla məhdudlaşa bilməz. Azərbaycanın COP29-da sədrliyi aydın bir siqanala çevrildi ki, biz iqlim dəyişmələri ilə bağlı hərəkətə keçməliyik, bununla bağlı olan mövcud çağırışları aradan qaldırmalıyıq. Beləliklə, biz qətiyyətlə addımlar atmalıyıq və təmiz yaşıl enerji, həmçinin hidrogen sahəsində əməkdaşlığı gücləndirməliyik.
Sloveniya Azərbaycanla əməkdaşığın gücləndirilməsini səmimiyyətlə arzulayır, xüsusən də qaz təchizatı sahəsində tərəfdaşlığın daha da gücləndirilməsinin tərəfdarıdır. Bundan əlavə, digər təmiz enerji texnologiyalarında da maraqlıyıq və enerji sahəsində əməkdaşlığımızı genişləndiririk".
Другие новости на эту тему:
Просмотров:54
Эта новость заархивирована с источника 04 Апреля 2025 14:04 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















