Azərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanı!
Icma.az, ссылаясь на сайт Day.az, отмечает.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Xsolla" şirkətinin tərəfdaşlığı ilə Azərbaycandan olan oyun studiyalarının bu il 17 - 19 may tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək "Digital Dragons 2026" beynəlxalq oyun konfransında iştirakı üçün müraciət qəbulu açıq elan edilib. Bu tədbirdə oyun studiyaları öz layihələrini təqdim edərək beynəlxalq bazarlara çıxış əldə etmək, qlobal oyun sənayesinin aparıcı nümayəndələri ilə əlaqə qurmaq və Azərbaycanın oyun ekosistemini dünya səhnəsində tanıtmaq fürsətindən faydalanacaqlar.
Belə ki, "Digital Dragons 2026" beynəlxalq oyun konfransında iştirakın seçim mərhələsini uğurla tamamlayan 4 oyun studiyasının səfər və yerləşmə xərcləri qarşılanacaq. Bununla yanaşı, oyun komandaları tədbirdə çoxsaylı investor və sənaye liderləri önündə təqdimata hazırlıq məqsədilə İRİA və "Xsolla"nın ekspert və mentor dəstəyindən yararlana biləcəklər.
Müraciətlərin qəbulu 8 aprel tarixində başlayır və 15 aprel, saat 23:59-a dək davam edəcək.
Daha ətraflı məlumat və tədbirdə iştirak üçün link: Digital Dragons 2026 Roadshow Application
Другие новости на эту тему:
Просмотров:157
Эта новость заархивирована с источника 10 Апреля 2026 16:47 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















