Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur FOTO
Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Çinin paytaxtı Pekində 10-cu Beynəlxalq İncəsənət Biennalesi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, 2 ildə bir dəfə keçirilən sərginin builki mövzusu "Birgəyaşayış"dır. 120 ölkədən 600-dən çox əsərin nümayiş olunduğu sərgidə əsasən rəsm əsərləri nümayiş olunsa da, burada dünya incəsənət ustalarının heykəltaraşlıq əsərləri, fotoşəkilləri, müasir incəsənət nümunələri və videoalar da sərgilənir. Sərginin digər maraq doğuran eksponatları müasir rəqəmsəl texnologiyalar vasitəsilə yaradılan sənət əsərləridir.
Biennaledə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmiz rəssam Bütünay Haqverdiyevin "Kənd toyu" əsəri ilə təmsil olunur. Əsərdə ənənəvi toyların bəzəyi olan bəy və gəlin yox, toyun canlılığını təmin edən qonaqlar və onların məslidəki fəaliyyətləri rəngli boyalarla təqdim olunur. Rəssam Azərbaycanın milli toy adətlərində kənd amilini ön plana çıxarmaqla yanaşı, sadə və zəhmətkeş Azərbaycan insanının poetik obrazını ağ kətan üzərində böyük məharətlə canlandırıb. Əsər çinli və xarici incəsənət ustaları, eləcə də ziyarətçilər arasında böyük marağa səbəb olub.
Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi yanvarın 28-dək davam edəcək. Sərgi çərçivəsində 1-ci beynəlxalq incəsənət konfransı da keçirilib.
Другие новости на эту тему:
Просмотров:119
Эта новость заархивирована с источника 04 Января 2026 12:14 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















