Icma.az
close
up
AZ
Bakı və rayonların havası ilə bağlı AÇIQLAMA

Bakı və rayonların havası ilə bağlı AÇIQLAMA

Dekabrın 12-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

seeПросмотров:97
embedИсточник:https://news.day.az
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас
newsПоследние новости
Самые свежие и актуальные события дня