Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz, bununla yanaşı, elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələr birlikdə aparılır:
"Bu istiqamətdə mühüm irəliləyişlər var. Bugünədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcə də, Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm".
"Hazırda Azərbaycandan Türkiyəyə elektrik enerjisi Gürcüstan üzərindən ixrac edilir. Amma yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün bu enerji qaynaqları və digər logistik həllər Türkiyəyə çatdırılar. Eyni zamanda, Orta Asiyadakı digər enerji mənbələri və digər logistik məsələlər Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacaq", - deyə nazir vurğulayıb.
Другие новости на эту тему:
Просмотров:66
Эта новость заархивирована с источника 02 Августа 2025 12:35 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















