Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub FOTO
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kvadratmetr olan kürsülü ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək bitişik tikililərə keçmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində evin ikinci mərtəbəsi 150 kvadratmetr sahədə, dam örtüyü və pilləkən qəfəsi yanıb.
Evin birinci mərtəbəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Другие новости на эту тему:
Просмотров:103
Эта новость заархивирована с источника 23 Ноября 2026 20:46 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые


















