Bakıda ödənişli yollarda ödəmə sistemi belə ola bilər AÇIQLAMA
Icma.az, со ссылкой на сайт Day.az, информирует.
Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.
Qeyd olunan Fondla bağlı bir sıra gözləntilər mövcuddur. Bu gözləntilərdən biri də paytaxtda nəqliyyat sıxlığının, xüsusilə tıxac probleminin aradan qaldırılması ilə bağlıdır. Eyni zamanda, fərmanın icrası çərçivəsində bundan sonra Bakı şəhəri daxilində ödənişli yolların da tətbiq olunacağı nəzərdə tutulur.
Maraqlıdır, ödənişli yollarda ödəmə sistemi hansı qaydada fəaliyyət göstərəcək?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Day.Az-a açıqlamasında bildirib ki, xarici təcrübəyə nəzər saldıqda, xüsusilə Avropa ölkələrində oxşar sistemlərin tətbiq olunduğunu görmək mümkündür. Onun sözlərinə görə, bəzi ölkələrdə təkcə müəyyən küçələrə deyil, hətta bütövlükdə şəhərə avtomobillərin daxil olması ödənişli olur.
Eldəniz Cəfərov əlavə edib ki, həmin ölkələrdə ödənişlər müxtəlif mobil tətbiqlər və elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Əgər sürücü ödənişi etməzsə, bu barədə məlumat avtomobilin dövlət nömrə nişanı əsasında xüsusi quraşdırılmış kamera və radarlar vasitəsilə qeydə alınır və "ağıllı" sistemə ötürülür. Nəticədə sürücü barəsində cərimə tədbirləri görülür.
O bildirib ki, hazırda ödənişli zonaların Bakı şəhərinin hansı ərazilərini əhatə edəcəyi ilə bağlı konkret məlumat yoxdur.
Elvin Səxavətoğlu
Day.Az
Другие новости на эту тему:
Просмотров:37
Эта новость заархивирована с источника 22 Декабря 2025 18:01 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















