“Bakıda yeni yerüstü nəqliyyat ola bilər” RƏSMİ
Icma.az сообщает, что по информации сайта Day.az.
"Hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyat üçün müvafiq yerin nəzərdə tutulması ilə bağlıdır. Bunun üçün konkret küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili ilə bağlı işlər görülür".
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri bildirib ki, bu gün Bakıda istifadə edilən əsas yerüstü ictimai nəqliyyat növü avtobusdur:
"Hazırda avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə bu yerüstü relsli nəqliyyat da ola bilər, düşünürəm ki, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək".
A.Quliyev, həmçinin əlavə edib ki, Bakının Baş Planı keçən il təsdiq olunub və 2040-cı ilə qədər şəhərin inkişaf proqramını nəzərdə tutur. Artıq ilin əvvəlindən bununla bağlı bir sıra transformasiya layihələri icra olunub.
Другие новости на эту тему:
Просмотров:64
Эта новость заархивирована с источника 14 Ноября 2024 12:33 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















