Böyük Britaniya Azərbaycandan neft alışını 6 dəfədən çox artırıb
Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Böyük Britaniyaya 73,4 milyon ABŞ dolları dəyərində 130,6 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 62,5 milyon ABŞ dolları və ya 6,7 dəfə, həcm ifadəsində isə 110 min ton və ya 6,3 dəfə çoxdur.
Dövr ərzində Böyük Britaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 3,3 milyard ABŞ dolları dəyərində 6 milyon ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.
Neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,4% və ya 153,5 milyon ABŞ dolları azalıb, həcm ifadəsi ilə isə 7,3% və ya 411,1 min ton artıb.


