İspaniya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Ötən il İspaniyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 7,129 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 5,958 milyon ABŞ dolları və ya 6,1 dəfə artırıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyadan yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il İspaniya iqtisadiyyatına 53,710 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 29,653 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 3% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə İspaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,171 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 24,057 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.
Другие новости на эту тему:
Просмотров:145
Эта новость заархивирована с источника 24 Марта 2025 18:12 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















