Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub
Как передает Icma.az, основываясь на информации сайта Day.az.
Məlum olduğu kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Bu barədə Day.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumatda deyilib.
Bildirilib ki, qaydaların 4-cü hissəsinə əsasən tanınma üçün təqdim olunan xarici ali təhsil sənədinin autentik (həqiqi) olması tanınmaya dair başlıca tələblərdəndir.
"Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb və həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub", - deyə məlumatda bildirilib.
Другие новости на эту тему:
Просмотров:117
Эта новость заархивирована с источника 02 Декабря 2024 19:24 



Войти
Новости
Погода
Магнитные бури
Время намаза
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















