Dövlətin bu qədər genişmiqyaslı işi öz hesabına görməsi səyyahları təəccübləndirir Təşkilatçı
Как передает Icma.az, со ссылкой на сайт Day.az.
Dövlətin bu qədər genişmiqyaslı işi öz hesabına görməsi səyyahları təəccübləndirir.
Day.Az xəbər verir ki, bu sözləri təşkilatçı Mahmudov Mehraç deyib.
O bildirib ki, bu, Qarabağa 14-cü səfəridir:
"Bugünkü günə qədər Qarabağ zonasına 500-dən çox turist gətirmişik. Bu dəfə isə 14 ölkədən 30 turistimiz var. Onlardan 8-i "Grand Master" səyyahdır, yəni dünyanın bütün ölkələrini gəzmiş insanlardır. Biz burada əsasən üç şeyi göstəririk: dağıdılmış əraziləri, yenidən qurulmuş və tikilmiş yerləri, həmçinin bütün bu işlərin Azərbaycanın öz hesabına görüldüyünü.
Eyni zamanda mina problemini də nümayiş etdiririk. Bu ərazilər minalarla doludur və təmizləmə işlərinə heç bir xarici dövlət və ya beynəlxalq təşkilat kömək etmir. Hər şeyi Azərbaycan özü həyata keçirir".
O qeyd edib ki, turistlər bütün gördüklərini sosial şəbəkələrdə paylaşırlar.
"Onların yüz minlərlə izləyicisi var. Qarabağda görülən zərərlər və yenidənqurma işləri ilə bağlı məlumatlar yayırlar. Həmçinin Qarabağın turizm potensialı barədə də paylaşım edirlər.
Dövlətin bu qədər genişmiqyaslı işi öz hesabına görməsi, yeni evlərin sakinlərə pulsuz verilməsi, dövlət tərəfindən iş yerlərinin yaradılması, minaların çoxluğu və onların təmizlənməsi işində beynəlxalq laqeydlik turistləri çox təəccübləndirir.
Yekunda bildirirəm ki, turistlər bütün bu faktlardan çox təsirlənirlər və bu həqiqətləri dünyaya çatdırırlar", - deyə təşkilatçı əlavə edib.


