Emin Ağalarov “Sea Breeze”də baş verən faciə ilə bağlı məlumat yayıb
Как передает Icma.az со ссылкой на сайт Day.az.
"Sea Breeze" istirahət mərkəzində baş verən və azyaşlının ölümü ilə nəticələnən faciə ilə bağlı Emin Ağalarov açıqlama verib.
Emin Ağalarov hadisə ilə bağlı məlumatı şəxsi sosial media hesabında paylaşıb.
O, özünün və "Sea Breeze" komandasının adından mərhum uşağın ailəsinə dərin hüznlə başsağlığı verib.
Açıqlamada bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və baş verənlərin bütün detalları müəyyənləşdirilir. Emin Ağalarov qeyd edib ki, təhlükəsizlik məsələləri daim əsas prioritetlərdən biridir və baş verən hadisədən sonra təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi istiqamətində əlavə addımlar atılacaq.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ötən gün "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze" istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat başa çatıb. Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Другие новости на эту тему:
Просмотров:175
Эта новость заархивирована с источника 15 Августа 2026 14:15 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















