Endirim adı altında satılan məhsul gördükdə bunu edin Sədr AÇIQLADI
По данным сайта Day.az, передает Icma.az.
İstehlakçı hüquqlarının qorunması və endirim kampaniyaları zamanı yaranan problemlər cəmiyyətdə hər zaman aktual olaraq qalır. Süni endirimlər, təqdim olunan malların keyfiyyətsiz çıxması və istehlakçıların müxtəlif yollarla aldadılması maliyyə itkilərinə gətirib çıxarır. Xüsusilə güzəşt adı altında təklif olunan məhsullarda aşkar edilən qüsurlar zamanı ödənilən artıq vəsaitin bərpası və aldadıcı qiymətlərlə mübarizə aparılması əsas çətinliklərdəndir.
Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, endirimlərlə bağlı istehlakçılardan mütəmadi olaraq şikayətlər bildirilir.
O, bildirib ki, bu şikayətlər əsasən endirim adı altında satılan məhsulların keyfiyyəti, istehlakçıların aldadılması və digər qanun pozuntuları ilə bağlıdır.
"Buna görə də istehlakçılar diqqətli olmalıdırlar. Təəssüf ki, biznesin inkişafı siyasətinin ön planda tutulması bəzi hallarda istehlakçı hüquqlarının arxa plana keçməsinə səbəb olur. Nəticədə aldadılan, maddi zərərə məruz qalan və keyfiyyətsiz məhsul alan tərəf yenə də istehlakçı olur. Belə hallarla qarşılaşdıqda vətəndaşlar aldıqları məhsulun fotosunu çəkməli, kassa çekini və məhsulun qablaşdırmasını saxlamalıdırlar. Daha sonra məsələ ilə bağlı faktları lazımi orqanlara çatdırmalıdırlar",- deyə o bildirib.
Nəsimi Ələsgərli
Другие новости на эту тему:
Просмотров:56
Эта новость заархивирована с источника 11 Ноября 2026 16:06 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















