Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər Bağanıs Ayrım kəndindən olan zərərçəkmiş
Icma.az передает, что по данным сайта Day.az.
Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Ramiz Adıgözəlov 39 günlük körpəsinin ermənilər tərəfindən qətlə yetirildiyini bildirib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olan zərərçəkmiş hadisənin 1990-cı il martın 23-dən 24-nə keçən gecə baş verdiyini deyib.
Onun sözlərinə görə, xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar.
O, həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Другие новости на эту тему:
Просмотров:55
Эта новость заархивирована с источника 11 Апреля 2025 16:04 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















