Ermənilərin dini ibadət yerlərində törətdikləri vəhşiliyi olduğu kimi tanıtmaq hər bir müsəlmanın borcudur Türkiyəli din xadimi
Согласно сайту Day.az, передает Icma.az.
Ermənilərin Qarabağdakı dini ibadət yerlərində, abidə və qəbirstanlıqlarda törətdikləri vəhşiliyi olduğu kimi tanıtmaq, ictimaiyyətə çatdırmaq hər bir müsəlmanın borcudur.
Trend-in yerli müxbiri xəbər verir ki, bunu bu gün Ağdamda türkiyəli din xadimi Zahit Demirel jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyədə olsa da Qarabağ müharibəsinin gedişatını hər gün yaxından izləyirdiyini bildirib:
"Amma bura gələndən sonra uzaqdan izləməklə, hadisənin nəticələrini yaxından görmək arasındakı fərqi anlayırsan. Biz burda dağıdılan kəndləri, məzarlıqları, məscidləri, şəhid məzarlarını gördük. Burda gördüyümüz mənzərə ərazidə törədilən qətliamın ürəkdağlayan mənzərəsidir".
Onun sözlərinə görə, qeyri-müsəlman adətlərində belə dini inanclara hörmətlə yanaşıldığı halda, ermənilər vəhşilik törətməkdən çəkinməyib:
"Biz faktları görməklə, yanaşı acı həqiqəti hər kəsin bilməsinə də çalışmalıyıq. Düşünürəm ki, bu vəhşiliyi olduğu kimi tanıtmaq hər bir müsəlmanın borcudur. Bir din adamı və bir müsəlman olaraq burada məzarlıqlara qarşı atılan addımları görüb sadəcə şok olmuşam".
Din xadimi şəhidləri hörmətlə andığını da qeyd edib:
"Bu torpaqları azad edən və bu yolda şəhid olan can qardaşlarımızı hörmətlə anır, Rəbbimdən xalqımızı bir daha işğalla üz-üzə qoymamasını arzu edirəm".
Другие новости на эту тему:
Просмотров:119
Эта новость заархивирована с источника 31 Мая 2025 16:29 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















