Icma.az
close
up
AZ
Menu

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

В Дейр Хафире и Мескене сняли флаги PKK/SDG: сирийская армия восстановила контроль ВИДЕО

ASTRA: Самолет госпиталь МЧС России, где может находиться Адам Кадыров, приземлился во Внуково

В Серпухове горит электроподстанция, часть города обесточена ВИДЕО / ФОТО

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

Побег иранских дипломатов на Запад наш комментарий

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

Сердечко Пашиняна может стать лого его предвыборной кампании

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

На Гоа арестован россиянин по подозрению в серии убийств

Рашад Эюбов: Впереди нас ждет много работы

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

Moody’s провело периодический обзор суверенного рейтинга Азербайджана и связанных с ним рейтингов

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

Реза Пехлеви призвал ударить по КСИР

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

США перебрасывают к Ирану эскадрильи истребителей Minval Politika

СМИ: Франция получила реальную возможность выйти из НАТО

Əsəd devrildi, ermənilərin arzuları puç oldu

Əsəd devrildi, ermənilərin arzuları puç oldu

Согласно информации сайта Day.az, сообщает Icma.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Suriyada hakimiyyətin qəfil dəyişikliyi, Bəşər Əsədin ailəsi ilə birgə qaçışı, Suriya ordusunun sürətlə dağılması dünyanı sarsıdan hadisələrdir və bu mövzular hələ də aparıcı media orqanlarının diqqət mərkəzindədir. Siyasətçilər və ekspertlər baş verənlərin səbəblərinə dair müxtəlif versiyalar irəli sürür və Suriyanın gələcəyi ilə bağlı proqnozlar verirlər. Bununla belə, onların əksəriyyəti bir məsələdə həmfikirdir: Əsəd rejiminin süqutundan ən çox zərər çəkən tərəflər İran və Rusiyadır. Amma bu siyahıya daha bir dövlət - Ermənistan da əlavə edilməlidir və buna ciddi əsaslar var.

Bəşər Əsəd rejiminin devrilməsi yalnız bu ölkənin deyil, Yaxın Şərq regionunun geosiyasi landştaında köklü dəyişikliklər yaratdı. Bu dəyişikliklər arasında rejimin Ermənistanla illərdir qurduğu yaxın əlaqələrin və ortaq maraqlarının ifşa olunması da xüsusi diqqətə layiqdir. Suriyada Əsəd rejiminin Ermənistanla olan əlaqələrini incələyərkən, siyasi, hərbi və terror sahələrində yaxından işlənmələrin üzə çıxması görülür.

Ermənistan hakimiyyəti və Suriya rejimi arasındaki isti əlaqələr Paşinyanın Əsədi prezidentlik qələbələri münasibətilə rəsmi təbrik etməsi ilə daha da gözönü olur. Bu addım iki ölkə arasında strateji əlaqələrin mövcudluğunu bir daha təsdiq edir. Rəsmən antiqərb mövqeyi tutan Suriya rejimi, erməni diasporunun maraqlarına uyğun olaraq, bir çox hallarda Ermənistana siyasi dəstək vermişdi.

Suriyada erməni hərbi kontingentinin Hələbə göndərilməsi və bu missiyanın rəsmən "minatəmizləmə əməliyyatı" kimi qələmə verilərək legitimləşdirilməsinin arxasında reallıqda Əsəd rejiminə hərbi dəstək dayanırdı. Ermənistanın Suriyada hərbi kontingenti, Suriya ordusunun konkret ɟfəaliyyətlərinə yardımcı olur, rejimin dəstəklənəsi üçün mühüm rol oynayırdı.

Suriyada erməni terror təşkilatları və Əsəd rejimi arasındaki yaxın əlaqələr bu əməkdaşlığı daha da konkretləşdirir. Xüsusən 2019-cu ildə yaradılan və Suriya xüsusi xidmət orqanları ilə yaxın işləyən Nubar Ozanyan adına erməni alayının fəaliyyəti diqqətəlayiqdir. Bu hərbi qruplaşma özünü "Suriya xalqının müdafiəçisi" kimi qələmə versə də, Əsəd rejiminin maraqlarına xidmət etdiyi görülür.

2009-cu ildə Bəşər Əsədin Ermənistana rəsmi səfəri bu münasibətlərin inkişafında mühüm hadisə idi. Həmin səfərdə Ermənistanın Apostol Kilsəsinin başçısı II Qaregin Əsədə Müqəddəs Georgi Xaçı mükafatını təqdim etmişdi. Bu mükafat Suriyanın 1915-ci il Erməni Soyqırımından sonra ermənilərə sığınacaq və müdafiə təqdim edən ölkə kimi tanınmasını simvolizə edirdi. Əsəd həmin vaxt bildirmişdi: "Suriya və Ermənistan ortaq tarixi irsi və ədalətə olan səyləri bölüşür".

Bəşər Əsəd rejimi tarixə boyu ermənipərəst mövqeyi ilə seçilib. Rejim, Ermənistanın maraqlarını bəzən beynəlxalq müydə təmsil etməklə yanaşı, Azərbaycana qarşı da qəti səkildə çıxış etməkdan çəkinməmişdi. Məsələn, Kəşmir məsələsində Suriya rejimi Pakistanın deyil, Hindistanın maraqlarını dəstəkləmişdi.

Həmçinin, 2020-ci ildəki 44 günlük Qarabağ müharibəsi zamanı Bəşər Əsəd Azərbaycanı "Suriyadan döyüşçülər gətirməkdə" ittiham etdi. Bu yalanlar az sonra faş edilsə də, , Ermənistanı dəstəkləyən təbliğat kampaniyasını gücləndirməyə yönəlmişdi.

Suriya və Ermənistan arasındakı ittifaq, həmçinin, Türkiyə ilə münasibətlərdəki ümumi gərginliklə əlaqəli idi. Ermənistan uzun müddət Ankaranın Azərbaycanı Qarabağ münaqişəsində dəstəkləməsindən narahat idi. Eyni zamanda, Suriya Türkiyə ilə Hatay vilayətinin mübahisəli statusu və Ankaranın Suriya müxalifətinə dəstəyi səbəbindən mürəkkəb münasibətlərə malik idi.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Türkiyənin siyasətinə qarşı açıq mövqe sərgiləyərək, bildirmişdi: "Biz öz tarixini inkar edən və başqa dövlətlərin işlərinə müdaxilə edən Türkiyəyə etibar edə bilmərik".

Bu ittifaq Ermənistanın geopolitik mövqeyini gücləndirərək "Türkiyəyə qarşı tarazlıq" yaratmağa xidmət edirdi.

Ermənistan da Əsəd rejimini dəstəkləyirdi. 2019-cu ildə Nikol Paşinyan hökuməti minaların təmizlənməsi məqsədilə Suriyaya 83 hərbçidən ibarət bir kontingent göndərdi. Bu addım rəsmən humanitar missiya kimi təqdim olunsa da, əslində, Əsəd rejiminin legitimliyini artırmaq və onun möhkəmləndirilməsinə yardım etmək məqsədi daşıyırdı. Ermənistan hərbçiləri Suriya hökumətinin ərazilər üzərində nəzarətini bərpa etməsinə yardım edirdi ki, bu da İrəvan ilə Dəməşq arasındakı yaxın əlaqələri vurğulayırdı.

Özünü Qərbə yönəlik siyasət yürüdən bir lider kimi göstərməyə çalışan Nikol Paşinyan, əslində antiqərb mövqeli Yaxın Şərq rejimləri ilə yaxın ɟlaqələr saxlamış və bunu davam etdirmişdi. Onun İranın keçmiş prezidenti Rəisi və Bəşər Əsəd kimi liderlərlə isti münasibətləri Ermənistanın çoxöncülü siyasətinin təzahürüdür.

Əsəd rejiminin çökməsi isə Ermənistanı ciddi zərɟbə altına qoydu. Suriyada erməni maraqlarının dəstəklənməsi üzərə qurulan strukturun dağılması, Ermənistanı Yaxın Şərqdə yeni tərəfdaşlar axtarmağa məcbur edir. Fəqət regionda siyasi balansın dəyişməsi, Ermənistanın bu məqsədə nail olma imkanlarını məhdudlaşdırır.

Bəşər Əsəd rejiminin süqutu həm Suriyadakı erməni icması, həm də Ermənistan dövləti üçün ağır zərbə oldu. 2011-ci ildə müharibə başlamazdan əvvəl Suriyada əsasən Hələb, Dəməşq, Laziqiyyə və digər şəhərlərdə cəmləşən təxminən 100 min erməni yaşayırdı. Hazırda isə Suriyadakı ermənilərin sayı 30 min nəfərə qədər azalıb və onların böyük əksəriyyəti hələ də Hələbdə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın doğulduğu şəhərdə yaşamağa davam etmir. Ter-Petrosyanın atası Hakop Ter-Petrosyan Suriya və Livan Kommunist Partiyasının təsisçisi olub, bu da ermənilərin bu regionla qədim bağlarını vurğulayır.

Ənənəvi erməni partiyaları, xüsusilə Erməni İnqilabi Federasiyası-"Daşnaksütyun" və Erməni Sosial-Demokrat Partiyası ("Hnçakyan") Suriyadakı erməni diasporunun həyatında mühüm rol oynayıb və Bəşər Əsəd rejimi ilə fəal əməkdaşlıq edib. Bu partiyalar Osmanlı Türkiyəsində terror fəaliyyətləri ilə tanınır və 1915-ci ildən sonra Suriyada sığınacaq tapıblar. O vaxtdan etibarən bu ərazidən öz maraqlarını təşviq etmək üçün istifadə ediblər. Əsas məqsədləri uydurma "erməni soyqırımı"nın dünya miqyasında rəsmən tanınması, habelə "erməni icmasının hüquqlarının qorunması" olub. Suriya hökuməti onlara parlamentdə kvotalar və mədəni-sosial məsələlərdə geniş muxtariyyət daxil olmaqla dəstək verib. Vətəndaş müharibəsindən əvvəl təxminən 100 min nəfərdən ibarət erməni icması rejimi dəstəkləməkdə əhəmiyyətli rol oynayıb. 2020-ci ildə erməni Mariya Qabrielyan Suriyanın parlamentinə seçildi ki, bu da erməni partiyaları ilə Dəməşq arasındakı uzunmüddətli ittifaqın simvolu oldu.

2011-ci ildə başlayan Suriya böhranı Yaxın Şərqdəki qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişdi. Bəşər Əsəd rejimi beynəlxalq sanksiyalar və daxili müxalifətlə üzləşərək təcrid olunmuş vəziyyətə düşdü. BMT-nin məlumatlarına görə, müharibə nəticəsində 500 mindən çox insan həyatını itirib və milyonlarla insan, o cümlədən, erməni diasporasının böyük hissəsi ölkəni tərk edib.

Suriya böhranı Ermənistanın beynəlxalq təcridinin artması ilə üst-üstə düşdü. Türkiyə və Azərbaycanla diplomatik münasibətlərin olmaması və dünya miqyasında məhdud müttəfiqlərə malik olması səbəbindən Ermənistan çətin vəziyyətdə idi. Ermənistanın əsas strateji tərəfdaşı olan Rusiya Suriyada Bəşər Əsədə dəstək verirdi, lakin bu, İrəvanın bütün problemlərini həll etmirdi.

İqtisadi təcrid də dərinləşdi. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması Ermənistanın tranzit potensialını məhdudlaşdırır, onu İran və Gürcüstan vasitəsilə daşımalar həyata keçirməkdən asılı vəziyyətə salırdı. Suriyaya tətbiq edilən sanksiyalar isə Ermənistanın Yaxın Şərqlə əlaqələrini daha da məhdudlaşdırdı.

Bu hadisələr Ermənistan üçün ciddi zərbə oldu. Əsədin etibarlı müttəfiq kimi itirilməsi İrəvanın geosiyasi zəifliyini daha da artırdı. Yaxın Şərqdə meydana çıxan yeni qüvvələr, o cümlədən, sünni islamçı hərəkatlar, Ermənistanla dostluq münasibətləri qurmağa maraq göstərmirlər.

Bəşər Əsəd rejiminin süqutu və ya əhəmiyyətli dərəcədə zəifləməsi Ermənistan üçün ağır zərbə ola bilər. Onilliklər ərzində rəsmi İrəvan Dəməşqin ermənipərəst siyasətindən Türkiyə və Azərbaycana qarşı çıxmaq üçün istifadə edib. Suriyadakı vətəndaş müharibəsi və erməni diasporunun təxminən 70% azalması Ermənistanın Yaxın Şərqdəki təsirini xeyli zəiflətdi. Suriyanın strateji müttəfiq kimi itirilməsi Ermənistanın beynəlxalq izolyasiyasını gücləndirərək, xarici siyasət və regional mövqeyi üçün əlavə çağırışlar yaratdı.

Bəşər Əsəd rejiminin süqutu və Yaxın Şərqdəki dəyişikliklər Ermənistan hökumətinin tərəfdarı olan KİV-lərdə pro-Əsəd ritorikasının güclənməsinə səbəb olub. Millətçi bəyanatlar, müsəlman xalqlarına ünvanlanan tənqidlər, anti-İslam mövqelərin cəmiyyətdə geniş yayılmasına gətirib çıxardı. Məsələn, özbəklər, taciklər və çeçenlər kimi etnik qrupların Suriya müxalifətinə və ya terrorçulara dəstək verməsi barədə iddialar Ermənistanda mövcud olan köklü qərəzləri daha da qabartdı.

Məzkur ritorika Ermənistanın siyasi və informasiya məkanında millətçi meyllərin artdığını göstərir. Burada müsəlman xalqlar tez-tez milli təhlükəsizlik üçün təhdid kimi təsvir olunur. Bu vəziyyət qismən Ermənistan ilə Türkiyə və Azərbaycan kimi müsəlman qonşuları arasındakı tarixi gərginliklə əlaqədardır. Həmçinin, Suriyanın Ermənistanın ənənəvi müttəfiqi kimi beynəlxalq təşkilatlarda dəstəyi və erməni diasporasının maraqlarını qoruması da bu mövqenin yaranmasına təsir edib.

Bəşər Əsəd rejiminin süqutu Ermənistan üçün yalnız Suriyada hakimiyyətinin dəyişməsi deyil, həm də onun geosiyasi maraqlarına ciddi zərbədir. Suriyadakı erməni icması müdafiəsiz qaldı, İrəvan isə strateji tərəfdaşını itirdi. Bu məğlubiyyət Ermənistanın Qarabağ münaqişəsindəki uğursuzluqları və beynəlxalq təcridlə üzləşdiyi şəraitdə dövlətin böhranını daha da dərinləşdirir. İndi Ermənistan dəyişmiş geosiyasi reallıqlarda öz milli maraqlarını təmin etmək üçün xarici siyasətini yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:169
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 11 Декабря 2024 14:10
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Украинские дроны поразили полигон РФ, с которого запускаются ракеты Орешник

17 Января 2026 20:58see348

В Дейр Хафире и Мескене сняли флаги PKK/SDG: сирийская армия восстановила контроль ВИДЕО

17 Января 2026 14:21see264

ASTRA: Самолет госпиталь МЧС России, где может находиться Адам Кадыров, приземлился во Внуково

17 Января 2026 09:42see255

В Серпухове горит электроподстанция, часть города обесточена ВИДЕО / ФОТО

17 Января 2026 09:42see228

Дугин: Страны Центральной Азии и Южного Кавказа не должны быть суверенными Minval Politika

18 Января 2026 11:18see214

Центральная Азия: кому велено играть со своим соловьем , а кому пересмотреть оборонную доктрину Minval Politika

17 Января 2026 22:08see177

Побег иранских дипломатов на Запад наш комментарий

19 Января 2026 02:46see174

Ставка на интеграцию: Турция одобрила план объединения Сирии

19 Января 2026 00:26see160

Сердечко Пашиняна может стать лого его предвыборной кампании

17 Января 2026 11:00see159

Во Франции у воров медного кабеля конфисковали усадьбу и активы на €4,5 млн

17 Января 2026 21:13see148

На Гоа арестован россиянин по подозрению в серии убийств

17 Января 2026 18:21see143

Рашад Эюбов: Впереди нас ждет много работы

17 Января 2026 23:02see140

Связь с Турцией: Грузия достраивает дороги для Азербайджана и Армении

18 Января 2026 19:37see140

Moody’s провело периодический обзор суверенного рейтинга Азербайджана и связанных с ним рейтингов

17 Января 2026 08:46see140

Власти Мозамбика объявили красный уровень опасности из за наводнений

18 Января 2026 02:06see137

Реза Пехлеви призвал ударить по КСИР

17 Января 2026 10:16see133

Азер Багиров: Снова дали шанс молодежи и новичкам

17 Января 2026 17:45see133

Одно преступление, разные наказания: гражданина Азербайджана в колонию, россиянку на свободу Minval Politika

17 Января 2026 21:12see130

США перебрасывают к Ирану эскадрильи истребителей Minval Politika

17 Января 2026 11:01see129

СМИ: Франция получила реальную возможность выйти из НАТО

17 Января 2026 07:11see127
newsПоследние новости
Самые свежие и актуальные события дня