Günay Qurbanova U 23 Avropa çempionatının finalına yüksəlib
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Day.Az xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən idmançımız əvvəlcə belaruslu Marta Hetmanava üzərində 7:2 hesablı inamlı qələbə qazanıb.
17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuku tam üstünlüklə (11:1) məğlub edib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russo ilə qarşılaşacaq.
Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya "tuş"la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.
Nərgiz Səmədova (55 kq) isə 1/4 finalda almaniyalı Amori Andrixə "tuş"la uduzub.
Другие новости на эту тему:
Просмотров:101
Эта новость заархивирована с источника 10 Марта 2025 23:25 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор колорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2025 Все права защищены







Самые читаемые



















