Akrobatlarımız Dünya çempionatının finalında FOTO
Как стало известно Icma.az, со ссылкой на сайт Day.az.
24-27 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhəri akrobatika gimnastikası üzrə Dünya çempionatına ev sahibliyi edir.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, nüfuzlu yarışda ölkəmizi kişi cütlükləri - Murad Rəfiyev və Daniel Abbasov, Seymur Cəfərov və Rəsul Seyidli, eləcə də qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.
Çempionatın ilk təsnifat günündə Dünya kubokunun qızıl medalçıları olan qadın qrupumuz - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.330 xal toplayaraq 1-ci pillədən finala yüksəliblər.
Dünya Oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz isə balans hərəkətləri proqramında 28.550 xal toplayıb. Təmsilçilərimiz təsnifat mərhələsini 3-cü yerdə başa vuraraq finala vəsiqə qazanıblar.
Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyümüz isə 26.200 xalla temp hərəkətlərində, 51.850 xalla qarışıq hərəkətlər proqramında finala yüksəliblər.
Другие новости на эту тему:
Просмотров:126
Эта новость заархивирована с источника 25 Сентября 2026 17:50 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















