Icma.az
close
up
AZ
Menu

В России после ударов БПЛА горит крупнейшая нефтяная станция ФОТО ОБНОВЛЕНО

Реактивный бизнес джет разбился во Флориде, есть жертвы

Ученые в ходе исследования обратили вспять диабет 2 го типа у половины пациентов

Арсенал минимально обыграл Ливерпуль и вышел на первое место в АПЛ

Азербайджан и Алжир: союз памяти, уважения и солидарности ТЕМА ДНЯ от Акпера Гасанова

Костюм бездомной обернулся скандалом для Марты Стюарт

Вечер, в котором оживают воспоминания: Геннадий Хазанов выступил в столице Азербайджана

Кадры обрушения скалы на людей в Каппадокии ВИДЕО

УМК: Восстановление деятельности Иреванского казията требование времени

NYP: Во Флориде упал бизнес джет, власти сообщают о многочисленных жертвах

В Баку строят всё больше жилых комплексов: почему городская инфраструктура не справляется?

Сестре шехида предоставили квартиру в Агдаме

Азербайджан уступает Японии, России и Франции

Режиссер Схватки случайно выстрелил сам в себя

Назван объем нефтяных запасов Азербайджана

Химики не смогли победить на своем поле

Скончалась 17 летняя чемпионка Азербайджана по скалолазанию Хавва Ямбулатова

В Сумгайыте похоронен военнослужащий, погибший в ДТП в Шеки

Найден механизм, помогающий раковым опухолям расти

Таркан посвятил свою песню COP

Gürcüstan prezidentini seçdi Qərb isə Tbilisini ram etmək istəyir

Gürcüstan prezidentini seçdi Qərb isə Tbilisini ram etmək istəyir

Как передает Icma.az, со ссылкой на сайт Day.az.

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Qədim tarixə və unikal mədəniyyətə sahib Gürcüstan yenidən atəş xəttinə düşüb. Bu dəfə təhlükə nə şərqdən, nə də cənubdan gəlir - təhdid Qərbdən qaynaqlanır. Demokratiya və qanunun aliliyi haqqında gözəl şüarların arxasında müstəqil ölkəni idarə etmək və manipulyasiya etmək üçün sinik bir arzu gizlənir.

Ölkə tarixində ilk dəfə prezident ümumxalq səsverməsi ilə deyil, 300 nəfərdən ibarət xüsusi kollegiya vasitəsilə seçildi. Kollegiyaya parlament üzvləri, Acarıstan və Abxaziya muxtar respublikalarının, habelə yerli hakimiyyət orqanlarının nümayəndələri daxildir.

Prezidentliyə yeganə namizəd hakim "Gürcü Arzusu" partiyasını təmsil edən Mixail Kavelaşvili oldu. Əvvəllər parlament üzvü olmuş Kavelaşvili kollegiyanın əksər üzvlərinin dəstəyini qazanaraq qalib gəldi.

Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili yeni müddətə namizədliyini irəli sürməkdən açıq şəkildə imtina edərək, "yeni seçki formatının demokratik prinsiplərə uyğun olmadığını" bildirdi. O, seçkiləri "legitim olmayan" adlandırdı və yeni parlament seçkiləri keçirilənə qədər "özünü qanuni prezident hesab edəcəyini" bəyan etdi. Zurabişvili destruktiv mövqe tutaraq parlament binası qarşısındakı kütləvi etiraz aksiyalarını dəstəklədi. O, bəyanatlarında seçkilərin yeni formatının ölkənin demokratik əsaslarını pozduğunu və xalqın rəyini nəzərə almadığını vurğuladı. Salome Zurabişvilinin etiraz hərəkatına dəstəyi cəmiyyətdəki qütbləşməni daha da gücləndirdi.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, S.Zurabişvili səlahiyyət müddəti başa çatan kimi təqaüdə çıxmalıdır.

"Salome Zurabişvili, təəssüf ki, son üç ildə xüsusilə ölkəmizin milli maraqlarına zərər vurmağa çalışıb. Bu, çox kədərli bir hadisədir ki, prezident öz ölkəsinin milli maraqlarına birbaşa qarşı çıxır. Lakin şükürlər olsun ki, Gürcüstan parlament respublikası olub və olaraq qalır. Buna görə də prezident ölkəmizdə çox şeyi korlaya bilmədi. 29 dekabrda onun səlahiyyət müddəti tamamilə başa çatır və əlbəttə ki, o, təqaüdə çıxmalı olacaq", - S.Kobaxidze söyləiyb.

O qeyd edib ki, Salome Zurabişvili xüsusilə son üç ildə ölkənin milli maraqlarına zərər vurmağa çalışıb.

"Transparency International Georgia" hüquq-müdafiə təşkilatının məlumatına görə, hazırda Tbilisidə 10 mindən çox insan prezidentin ümumxalq səsverməsi ilə seçilməsini tələb edərək, etiraz aksiyalarında iştirak edib. Etirazçılar hökuməti hakimiyyəti ələ keçirməkdə və Konstitusiyanı pozmaqda ittiham edirlər.

Müxalifət partiyaları, o cümlədən, "Vahid Milli Hərəkat" və "Avropa Gürcüstanı", kollegiya formatının xalqın suverenliyi prinsipini pozduğunu iddia edərək, seçkiləri boykot etdilər. Onlar seçkilərin yalnız hakim partiyanın maraqlarına xidmət etdiyini düşünərək, öz namizədlərini irəli sürməkdən imtina etdilər. Müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Levan Xabeişvili "Mtavari" telekanalına müsahibəsində bildirdi: "Bu seçkilər "Gürcü Arzusu"nun hakimiyyətini qorumaq üçün təşkil edilmiş teatr tamaşasından başqa bir şey deyil. Biz bu farsda iştirak etməyəcəyik".

Beynəlxalq təşkilatlar, o cümlədən, Avropa İttifaqı və ATƏT, prezident seçkilərinin formatının dəyişdirilməsi ilə bağlı narahatlıqlarını ifadə etdilər. Gürcüstandakı Avropa İttifaqı nümayəndə heyətinin xüsusi bəyanatında qeyd olunur: "Prezidentin kollegial seçki sisteminə keçidi cəmiyyətdə geniş konsensusla müşayiət olunmalıdır. İctimai dəstəyin olmaması prezidentlik institutunun legitimliyini zəiflədir".

ABŞ-nin Gürcüstandakı səfiri Kelli Deqnan da vəziyyətdən məyus olduğunu vurğulayaraq "Gürcüstanın demokratik standartlardan uzaqlaşdığını" bəyan edib.

ABŞ Gürcüstanın 20 vətəndaşına, o cümlədən, dövlət məmurlarına, parlament üzvlərinə, hüquq-mühafizə və təhlükəsizlik qurumlarının nümayəndələrinə qarşı viza məhdudiyyətləri tətbiq edib. Parlament çoxluğunun lideri Mamuka Mdinaradze qeyd edib ki, ABŞ-nin daxili siyasi arenada məğlub olan administrasiyası Gürcüstan-Amerika münasibətlərini o qədər mürəkkəbləşdirməyə çalışır ki, onların bərpası mümkünsüz olsun. "Bütün bunlar artıq məqbul həddi keçib", - deyə o vurğulayıb.

"Xalqın Gücü" partiyasının deputatı Quram Maçaraşvili bildirib ki, sanksiyalar Gürcüstan siyasətində ən aktiv fiqurları cəmiyyətin gözündə nüfuzdan salmağa yönəlib. O əlavə edib ki, Gürcüstan cəmiyyətini qorxutmaq cəhdləri uğursuzluğa məhkumdur.

Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski Qərb ölkələrinin xarici müdaxiləsini tənqid edib. O, Litva, Latviya və Estoniyanın bir tərəfdən Rusiya ilə fəal ticarət etməsinə, digər tərəfdən isə Tbilisidə kütləvi etirazlara çağırış etməsinə diqqət çəkib. "Avropa Parlamentindəki korrupsiya qalmaqalları fonunda onların Gürcüstanda demokratiya haqqında bəyanatları xüsusilə riyakarlıq kimi görünür", - deyə Volski vurğulayıb.

Parlamentin birinci vitse-spikeri Gia Volski əlavə edib ki, Qərbin müdaxiləsinin məqsədi "kollektiv milli hərəkatı" yenidən dirçəltməkdir. Lakin onun sözlərinə görə, bu plan artıq uğursuzluğa düçar olub.

Ali qanunverici orqanın spikeri Şalva Papuaşvili isə Avropa İttifaqı və Böyük Britaniya tərəfindən beynəlxalq axtarışda olan şəxslərə sığınacaq verilməsinə diqqət çəkib. "Gürcüstanın axtarışa verdiyi David Kezeraşvili Aİ ərazisində sərbəst hərəkət edir. Biz Qərb diplomatlarının Gürcüstan demokratiyasını tənqid edən hər bir bəyanatında bunu xatırlamalıyıq", - deyə o bildirib.

Siyasi ekspert Tamara Çiburdanidze vurğulayıb ki, ABŞ, Böyük Britaniya və Aİ ölkələrinin səfirləri açıq şəkildə Gürcüstan müxalifətini dəstəkləyir və cəmiyyəti parçalamağa çalışırlar. "Onların müdaxiləsi o qədər açıq-aşkardır ki, artıq niyyətlərini gizlətmirlər", - deyə o qeyd edib.

Yeni sanksiyalar dalğası kontekstində deputat Levan Maçavaryani bildirib ki, ABŞ-nin hazırkı administrasiyası Gürcüstanda və qlobal miqyasda yeni administrasiyaya ağır miras qoymağa çalışır. "ABŞ-nin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün silahdan istifadə etməyə icazə verməsini xatırlamaq kifayətdir", - deyə o qeyd edib.

Ümumiyyətlə, Qərbin Gürcüstana qarşı hərəkətləri göstərir ki, demokratiya dəyərləri haqqında ritorika, əslində, geosiyasi maraqların həyata keçirilməsi üçün alət kimi istifadə olunur. Ölkənin daxili işlərinə müdaxilə, sanksiya təzyiqləri və müxalifət qüvvələrinə dəstək Gürcüstanda əsas siyasi proseslərə nəzarəti ələ keçirmək məqsədi güdür.

Qərb demokratiyanın inkişafını və institusional müstəqilliyi dəstəkləmək əvəzinə, Gürcüstan cəmiyyətinə öz iradəsini diktə etməyə, onu parçalamağa və mövcud hakimiyyətin mövqelərini zəiflətməyə çalışır. Qlobal maraqların kəsişməsində yerləşən Gürcüstan öz taleyinin kənar qüvvələr tərəfindən müəyyən edildiyi bir vəziyyətdədir.

Gürcüstandakı indiki hadisələr sadəcə beynəlxalq siyasət məsələsi deyil, həm də ölkənin suverenliyi və müstəqilliyi üçün çağırışdır. Qərb, nəcib şüarların arxasında gizlənərək, təzyiq və manipulyasiya vasitələrindən istifadə edir. Amma Gürcüstan cəmiyyəti, xarici müdaxilənin əsl məqsədlərini getdikcə daha yaxşı anlayaraq, bu cəhdlərə layiqli cavab verir. Yalnız həmrəylik və müstəqillik ölkəni xarici diktatdan azad gələcəyə aparan əsas amillər ola bilər.

Yaşanan situasiya ilə əlaqədar olaraq siyasi böhranın dərinləşdiyi şəraitdə ekspertlər iki əsas ssenarini nəzərdən keçirirlər:

Siyasi çıxılmaz vəziyyətin davamı - əgər hakim partiya müxalifətlə dialoq qurmaq üçün addımlar atmazsa, etirazlar uzunmüddətli qarşıdurmaya çevrilə bilər.

Vaxtından əvvəl parlament seçkilərinin təyin edilməsi - bu addım kompromis ola bilər, lakin onun həyata keçirilməsi beynəlxalq tərəfdaşların və etirazçıların təzyiqindən asılı olacaq.

2024-cü ilin Gürcüstan prezident seçkiləri yeni mərhələdəki siyasi qeyri-sabitliyin simvoluna çevrildi. Gürcüstanın gələcəyi əsasən onun siyasi qüvvələrinin ölkəni mövcud çıxılmaz vəziyyətdən çıxara biləcək kompromis tapmaq bacarığından asılıdır.

Qərb diplomatları və siyasi institutları Gürcüstanın daxili proseslərinə hörmət etmək əvəzinə, faktiki olaraq parlament seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb edir, küçə etirazlarını dəstəkləyir və xaosu təhrik edirlər.

ABŞ daha da irəli gedərək parlament deputatları, xüsusi xidmət orqanlarının əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, 20 Gürcüstan vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib. Bu addım təkcə qeyri-dost addımı deyil - o, təhqiredicidir. Gürcüstan cəmiyyəti bu cür hərəkətləri haqlı olaraq qorxutma və siyasi şantaj cəhdi kimi qəbul edir.

Düz də edir...

Следите за обновлениями и свежими новостями на Icma.az, где мы продолжаем следить за ситуацией и публиковать самую актуальную информацию.
seeПросмотров:250
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 14 Декабря 2024 15:03
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В России после ударов БПЛА горит крупнейшая нефтяная станция ФОТО ОБНОВЛЕНО

02 Ноября 2026 10:57see603

Реактивный бизнес джет разбился во Флориде, есть жертвы

02 Ноября 2026 00:56see294

Ученые в ходе исследования обратили вспять диабет 2 го типа у половины пациентов

02 Ноября 2026 00:51see269

Арсенал минимально обыграл Ливерпуль и вышел на первое место в АПЛ

01 Ноября 2026 22:34see250

Азербайджан и Алжир: союз памяти, уважения и солидарности ТЕМА ДНЯ от Акпера Гасанова

01 Ноября 2026 22:31see243

Костюм бездомной обернулся скандалом для Марты Стюарт

02 Ноября 2026 18:25see241

Вечер, в котором оживают воспоминания: Геннадий Хазанов выступил в столице Азербайджана

01 Ноября 2026 23:09see235

Кадры обрушения скалы на людей в Каппадокии ВИДЕО

01 Ноября 2026 23:08see230

УМК: Восстановление деятельности Иреванского казията требование времени

02 Ноября 2026 11:19see226

NYP: Во Флориде упал бизнес джет, власти сообщают о многочисленных жертвах

02 Ноября 2026 00:28see225

В Баку строят всё больше жилых комплексов: почему городская инфраструктура не справляется?

02 Ноября 2026 05:03see225

Сестре шехида предоставили квартиру в Агдаме

02 Ноября 2026 06:31see216

Азербайджан уступает Японии, России и Франции

02 Ноября 2026 19:58see216

Режиссер Схватки случайно выстрелил сам в себя

02 Ноября 2026 01:21see216

Назван объем нефтяных запасов Азербайджана

02 Ноября 2026 15:10see207

Химики не смогли победить на своем поле

02 Ноября 2026 21:01see204

Скончалась 17 летняя чемпионка Азербайджана по скалолазанию Хавва Ямбулатова

02 Ноября 2026 17:40see193

В Сумгайыте похоронен военнослужащий, погибший в ДТП в Шеки

03 Ноября 2026 01:48see193

Найден механизм, помогающий раковым опухолям расти

02 Ноября 2026 03:30see182

Таркан посвятил свою песню COP

02 Ноября 2026 19:51see181
newsПоследние новости
Самые свежие и актуальные события дня