Icma.az
close
up
AZ
Menu

Объявлены даты выплаты пенсий за декабрь

Украинцы освободили село в Днепропетровской области

Правительство выступило против повышение рейтинга Азербайджана. Но почему? главная тема

Хикмет Гаджиев опубликовал видео обсуждений в рамках Дохийского форума

Заплатили, но жилья нет : число жалоб на новостройки стремительно растёт

В Тбилиси состоялась первая репетиция Ягмур Насруллаевой на Детском Евровидении 2025 ФОТО

The Telegraph: Каллас раскалывает Запад и помогает Кремлю Minval Politika

Азербайджанские баскетболистки обыграли Казахстан и заняли 2 е место на турнире в Минске ФОТО

Бомбардир Аякса получил травму перед встречей с Карабахом

Шокирующее заявление Трампа младшего о войне и богатстве украинской верхушки Minval Politika

Салах: Клуб сделал меня козлом отпущения

Житель Астары избил собственную мать

Землетрясение магнитудой 5,8 всколыхнуло север США

Трагедия в Индонезии: число жертв наводнений и оползней на Суматре достигло 950

Стало известно, на каком канале покажут матч Карабах Аякс

Азербайджан Словакия: стратегическое партнерство, формирующее новый контур регионального сотрудничества

EMIN дал традиционный ежегодный концерт во Дворце Гейдара Алиева ФОТО

В Бенине предотвращена попытка госпереворота

Скучающие девушки устроили в Вене 18 поджогов с ущербом на шестизначную сумму

Путин отверг предложение Трампа, которое могло изменить ход войны Minval Politika

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransında iştirak edib

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransında iştirak edib

Как сообщает Icma.az, ссылаясь на сайт Day.az.

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində "İslam dünyasında süni intellekt indeksinin təqdimatı" beynəlxalq konfransının açılışı olub.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir.

Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış "İslam dünyasında süni intellekt indeksi" sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur.

Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025-2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün Azərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçün standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur.

L.Əliyeva Heydər Əliyev Fondunun artıq 20 ildir təhsili fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdiyini xatırladıb. Deyib ki, Fond bu müddət ərzində Azərbaycanda 500-dən çox məktəb binası inşa edib və yenidən qurub, uşaq bağçalarını və internat müəssisələrini modernləşdirib, minlərlə uşağı müasir tədris vasitələri ilə təmin edib.

O diqqətə çatdırıb ki, süni intellekt dövrünə keçid bu missiyanın əhəmiyyətini daha da artırır. Onun fikrincə, süni intellekt, sadəcə, texnologiya deyil, hər bir uşaq üçün yeni imkan deməkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin vurğulayıb ki, süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynaya bilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinə nəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlar sırasındadır.

Leyla Əliyeva çıxışında ICESCO ilə əməkdaşlığa da toxunub. Bu tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün məktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarında layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər üçün regional informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, Heydər Əliyev Fondu uzun illərdir təhsil sahəsində mükəmməlliyi təşviq edir, innovativ təşəbbüsləri dəstəkləyir, uşaqlar və gənclər üçün geniş imkanlar yaradır. Fondun fəaliyyəti həm Azərbaycanda, həm də İslam dünyasında təhsilin gücləndirilməsində əvəzsiz rol oynayır.Nazir diqqətə çatdırıb ki, Elm və Təhsil Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə cəmiyyətin sosial və mədəni inkişafına töhfə verən ortaq məqsədlərin həyata keçirilməsindən qürur duyur. Emin Əmrullayev vurğulayıb ki, süni intellekt artıq həyatımıza, iş fəaliyyətimizə və öyrənmə proseslərimizə təsir göstərir. Süni intellekt daha güclü, daha ədalətli və fərdi öyrənənlərə uyğunlaşdırılmış təhsil sistemlərinin qurulması üçün böyük potensiala malikdir. Lakin bu texnologiyadan məsuliyyətlə, etik prinsiplərə uyğun və düşünülmüş şəkildə istifadə olunmalıdır.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışında qeyd edib ki, bəşəriyyət yeni bir mərhələnin - süni intellekt dövrünün astanasındadır. Bu, bacarıqları və təsiri formalaşdıran qüvvədir. O bildirib ki, süni intellekt artıq strateji hədəfə çevrilib: onu qəbul edənlər inkişafı sürətləndirir, ona qarşı çıxanlar isə tərəqqinin başqa istiqamətlərdə getdiyini görür və geridə qalacaqlar.

O əlavə edib ki, süni intellekt yalnız texnologiya deyil, həm də imkan yaradan bir vasitədir. Onun tətbiqi təhsil, səhiyyə, idarəetmə və digər sahələrdə innovativ həllər təqdim edir.

ICESCO-nun Baş direktoru ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Sonra konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun 4-cü birgə "Həmdan-ICESCO" mükafatının təltif edilmə mərasimi keçirilib.

Qeyd edək ki, bu mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir.Heydər Əliyev Fondu İslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasına yönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə bu mükafatla təltif olunur.

Mükafat, eyni zamanda, Yəmənin Hadramaut Təhsil İnkişaf Fondu və Mərakeşin Birinci Səviyyə Təhsil Fonduna təqdim edilib.

Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum çıxışında "Həmdan-ICESCO" mükafatı qaliblərini təbrik edərək deyib: "Siz bu gün təhsil mühitinə və təhsil alanlara qayğı göstərən xeyriyyə təşkilatları, donorlar və ianəçilər üçün fəxr və ilham mənbəyi olmusunuz. Təhsilə dəstək üçün könüllülük səylərinin mədəniyyətini və təsirini yaymaq məsuliyyətimizdən geri çəkilməyəcəyik".

Konfrans daha sonra "Təhsildə innovasiya: süni intellektin İslam dünyasında təsiri və imkanları" mövzusunda panel müzakirələrlə davam edib.

Müzakirələrdən əvvəl çıxış edənlər vurğulayıblar ki, süni intellekt artıq həyatımızın müxtəlif sahələrinə təsir göstərir və gələcək nəsillərin inkişafında mühüm rol oynayacaq.

Qeyd edilib ki, təhsil sistemi və elm sahəsində süni intellektin tətbiqi tədris prosesini daha səmərəli, innovativ və interaktiv hala gətirir.

Bildirilib ki, süni intellekt tədqiqat sahələrində yeni imkanlar yaradır, iqtisadiyyatın müxtəlif istiqamətlərində səmərəliliyi artırır və gələcək iş bazarının tələblərinə uyğun peşələrin inkişafına təkan verir.

Daha sonra ICESCO-nun Perspektiv Araşdırmaları və Süni İntellekt Mərkəzinin nümayəndəsi Viam Şafikin moderatorluğu ilə keçirilən paneldə çıxış edənlər ölkələr arasında təcrübə mübadiləsinin, əməkdaşlığın və süni intellekt sahəsində regional təşəbbüslərin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Digər paneldə çıxış edən qonaqlar süni intellekt sahəsində ölkələrarası əlaqələndirmənin gücləndirilməsinin, etik və sosial-iqtisadi aspektlərin araşdırılmasının, dayanıqlı və inklüziv texnoloji inkişafın təmin olunmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, bu təşəbbüslər yalnız texnoloji tərəqqiyə deyil, həm də insan kapitalının inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə və regional əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Konfransın sonunda İslam dünyasında süni intellekt indeksi üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Sənəddə bildirilir ki, İslam dünyası süni intellektin cəmiyyətlərə və iqtisadiyyatlara dərin təsirini qəbul edir, süni intellekt indeksini rəqəmsal dövrdə ICESCO-nun təhsil, elm və mədəniyyətin inkişafı missiyasınıyerinə yetirmək üçün həyati əhəmiyyətli yeni bir vasitə kimi alqışlayır, süni intellektin təhsil, səhiyyə, mədəni mühafizə, iqtisadi inkişaf və ətraf mühitin idarə olunmasını inkişaf etdirmək potensialını nəzərə alaraq, eyni zamanda sui-istifadə, bərabərsizlik və təhlükəsizlik tədbirlərinin olmaması kimi riskləri də qəbul edir.

ICESCO-ya üzv dövlətlər və beynəlxalq tərəfdaşlarəməkdaşlığı gücləndirmək əzmini, İslam dünyasının dəyərlərinin və istəklərinin beynəlxalq süni intellekt müzakirələrində təmsil olunmasını təmin etmək öhdəliyini bir daha təsdiqləyirlər. Üzv dövlətlər bəyan edirlər ki, Bakıda süni intellekt indeksinin təqdimatı İslam dünyası üçün əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.

Sənəd beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı, birgə layihələrin reallaşdırılmasını təşviq edir, sülhə, inkişafa və gələcək nəsillərin rifahını təmin etmək öhdəliyini təsdiqləyir. Üzv dövlətlər Bəyannamə əsasında milli süni intellekt strategiyaları hazırlayıb etik təhlükəsizlik tədbirlərini, sektor prioritetlərini və inklüziv inkişafı təmin edə biləcəklər.

Həmçinin qonaqlar konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində təqdim olunan "Mənim dənizlərim, mənim okeanlarım" ("My Seas, My Oceans") sərgisinə baxıblar. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri - su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.

Для получения более подробной информации и свежих новостей, следите за обновлениями на Icma.az.
seeПросмотров:50
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 08 Декабря 2025 22:20
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

Объявлены даты выплаты пенсий за декабрь

07 Декабря 2025 23:15see465

Украинцы освободили село в Днепропетровской области

07 Декабря 2025 11:36see398

Правительство выступило против повышение рейтинга Азербайджана. Но почему? главная тема

07 Декабря 2025 15:11see227

Хикмет Гаджиев опубликовал видео обсуждений в рамках Дохийского форума

07 Декабря 2025 10:31see210

Заплатили, но жилья нет : число жалоб на новостройки стремительно растёт

07 Декабря 2025 16:12see195

В Тбилиси состоялась первая репетиция Ягмур Насруллаевой на Детском Евровидении 2025 ФОТО

07 Декабря 2025 17:27see189

The Telegraph: Каллас раскалывает Запад и помогает Кремлю Minval Politika

07 Декабря 2025 14:03see185

Азербайджанские баскетболистки обыграли Казахстан и заняли 2 е место на турнире в Минске ФОТО

07 Декабря 2025 16:48see183

Бомбардир Аякса получил травму перед встречей с Карабахом

07 Декабря 2025 10:46see178

Шокирующее заявление Трампа младшего о войне и богатстве украинской верхушки Minval Politika

07 Декабря 2025 16:46see177

Салах: Клуб сделал меня козлом отпущения

07 Декабря 2025 04:20see155

Житель Астары избил собственную мать

07 Декабря 2025 01:00see150

Землетрясение магнитудой 5,8 всколыхнуло север США

08 Декабря 2025 09:56see149

Трагедия в Индонезии: число жертв наводнений и оползней на Суматре достигло 950

08 Декабря 2025 09:45see149

Стало известно, на каком канале покажут матч Карабах Аякс

07 Декабря 2025 01:22see145

Азербайджан Словакия: стратегическое партнерство, формирующее новый контур регионального сотрудничества

08 Декабря 2025 08:01see143

EMIN дал традиционный ежегодный концерт во Дворце Гейдара Алиева ФОТО

07 Декабря 2025 14:27see136

В Бенине предотвращена попытка госпереворота

07 Декабря 2025 15:46see128

Скучающие девушки устроили в Вене 18 поджогов с ущербом на шестизначную сумму

08 Декабря 2025 07:01see127

Путин отверг предложение Трампа, которое могло изменить ход войны Minval Politika

08 Декабря 2025 21:17see126
newsПоследние новости
Самые свежие и актуальные события дня