Hikmət Hacıyev Prezident İlham Əliyevin son səfərləri ilə bağlı paylaşım edib
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində Prezident İlham Əliyevin son 10 gündə etdiyi səfərlər, iştirak etdiyi tədbirlər barədə paylaşım edib.
Day.Az xəbər verir ki, paylaşımda qeyd olunub:
"Yalnız oktyabr ayının ilk ongünlüyündə Prezident İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda keçirilən üç fərqli sammitdə iştirak edib:
1-2 oktyabr - "Avropa Siyasi Birliyi" sammiti, Kopenhagen. Aİ və digər Avropa tərəfdaş ölkələri ilə görüşlər və müzakirələr.
6-7 oktyabr - Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti. Türk dünyasının həmrəyliyi və birliyi.
9-10 oktyabr - MDB sammiti, Düşənbə.
Prezident İlham Əliyevin son on gün ərzində üç sammitdə iştirakı çoxşaxəli və geniş coğrafiyalı xarici siyasətinin təzahürüdür".


