“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Icma.az передает, что по данным сайта Day.az.
Prezident İlham Əliyev "İntellektual gömrük" informasiya sisteminin yaradılması ilə bağlı Fərman imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Fərmana əsasən, "İntellektual gömrük" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
Fərmanla müəyyən edilib ki, İGİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir. Komitə İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, İGİS-in "Hökumət buludu"nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Другие новости на эту тему:
Просмотров:123
Эта новость заархивирована с источника 25 Июня 2026 16:30 



Войти
Online Xəbərlər
Новости
Погода
Магнитные бури
Время намаза
Калькулятор калорий
Драгоценные металлы
Конвертор валют
Кредитный калькулятор
Курс криптовалют
Гороскоп
Вопрос - Ответ
Проверьте скорость интернета
Цены на нефть
Радио Азербайджана
Азербайджанское телевидение
О нас
TDSMedia © 2026 Все права защищены







Самые читаемые



















