Icma.az
close
up
RU
İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır Bakı və İrəvan...

İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır Bakı və İrəvan...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Britaniya Xarici İşlər Nazirliyi İrana qarşı sanksiyaları genişləndirməyə hazır olduğunu açıqlayıb. Bildirilir ki, bu, Tehranın nüvə silahı yaratmasının qarşısını almağa kömək edəcək. Eyni zamanda İranın nüvə proqramının heç vaxt indiki kimi yüksək səviyyədə olmadığı da qeyd edilib.

İran həqiqətən nüvə silahı yarada bilərmi? Bundan istifadə region ölkələrinə, ümumilikdə dünyaya nə vəd verir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ İrana qarşı sanksiyaların bir il daha uzadılması barədə qərar qəbul edib:

“Bu, İranın Yaxın Şərqdə öz proksi qüvvələri ilə münasibətlərinin inkişaf etdirilməsi, həm də Rusiya-Ukrayna müharibəsində Kremlə silah yardımı göstərməsi ilə bağlıdır. Amma İsrail-İran müharibəsi və İranın nüvə proqramını da istisna etmək olmaz. Yəni İsrail rəhbərliyi tərəfindən bəyan olunduğu kimi, İran nüvə silahı əldə etməyə çox yaxındır və buna imkan verilməməlidir. Böyük Britaniya da ABŞ ilə birlikdə nüvə silahına malik İranın onların Yaxın Şərqdə yeritdikləri siyasətin qarşısını alacaqlarını düşünürlər. Məhz buna görə onlar mümkün vasitələrdən istifadə edərək İranı bu addımı atmaqdan saxlamağa çalışırlar. Amma istəklərinə nə qədər nail olublar, göz qabağındadır. İran heç bir təhdidə baxmayaraq addım-addım nüvə silahına malik olmağa yaxınlaşır. Belə gedərsə, yaxın illərdə biz artıq nüvə silahına malik İrandan danışacağıq”.

Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, İranın nüvə silahına malik olması hamı üçün təhlükəlidir:

“Bu təhlükə elə ilk növbədə İranın özünə qarşı yönələcək. Çünki onun nüvə silahı əldə etməsinin qarşısını ala bilməyən güclərin malik olduğu nüvə arsenalını məhv etməyə çalışmayacağına heç kim zəmanət verə bilməz.

Digər tərəfdən nüvə silahı İranı daha cürətli edəcək və o heç bir dövlətin qarşısında öz ambisiyalarından əl çəkməyəcək. Xüsusilə ABŞ və İsrail İranın nüvə silahına malik olmasının əziyyətini çəkəcəklər. Çünki onlar İranla daha ehtiyatlı münasibət saxlamağa məcbur qalacaqlar. Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə üçün İrandan gələn təhlükə daha da nəzərəçarpacaq olacaq. Heç bir dövlət öz qonşusunun nüvə silahına malik olmasını arzulamazdı. O cümlədən, Cənubi Qafqaz respublikaları”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri