Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış realdır: İrəvan narahatdır, Bakı isə...

Qərbi Azərbaycana qayıdış realdır: İrəvan narahatdır, Bakı isə...

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransda deyib ki, qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdış məsələsində əsas istinadgahları beynəlxalq hüquqdur.

Onun sözlərinə görə, əsas hədəf insanların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışıdır:

"Qərbi Azərbaycan İcması beynəlxalq hüququn bütün norma və prinsiplərinə hörmət edir. Təəssüf ki, Ermənistan bütün cinayətlərinə görə nəinki məsuliyyət daşımaq istəmir, hətta ata-baba yurdundan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnu inkar edir. Ermənistan ərazisində Azərbaycanın həm də maddi və mədəni irsi darmadağın edilib. Bununla bağlı bütün aidiyyəti strukturlara, UNESCO-ya müraciət etmişik. Lakin davamlı çağırışlarımıza baxmayaraq, Ermənistan bu istiqamətdə müsbət cavab vermir".

Əziz Ələkbərli bildirib ki, erməni mediası avqustun 8-də keçirilən Vaşinqton görüşündən sonra guya Azərbaycanda Qərbi Azərbaycana qayıdış ideyasından əl çəkildiyini yaymağa çalışdı:

"Bilirsiniz ki, Vaşinqton görüşündən sonra erməni mediası belə bir fikir yaymağa çalışdı ki, guya Qərbi Azərbaycan İcması fəaliyyətini dayandırır, Azərbaycan Qərbi Azərbaycana qayıdış iddiasından imtina edir. Onlar bu yalan və özlərinə sərf edən fikri ictimai rəyə sırımağa cəhd göstərirdilər. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında etdiyi tarixi çıxış isə erməni mediasının və siyasətçilərinin yaydığı bu ziyanlı, yanlış, qərəzli iddiaları tamamilə darmadağın etdi. Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan etdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi davam edəcək, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar, çünki bu onların tarixi, mənəvi və hüquqi haqqıdır".

Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a bunları deyib:

"İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının xarici siyasətindəki əsas istiqamətlərdən biri qərbi azərbaycanlıların öz ata- baba yurdlarına qayıdışı olub. Bunun üçün müxtəlif səviyyələrdə işlər görülür. Qərbi Azərbaycana qayıdış oradan olanların ən təbii hüquqlarıdır. Bu, beynəlxalq hüquq normalarına da tamamilə uyğundur.

Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistanı narahat edir. Odur ki, zaman-zaman qarşı tərəf bunu Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirməyə çalışır. Hərçənd qərbi azərbaycanlıların öz yurdlarına qayıtması heç bir halda Ermənistanın ərazi bütövlüyünə təhdid deyil.

Nəzərə almaq lazımdır ki, Azərbaycan da müharibəyə qədər Qarabağda olan ermənilərin indi də orada yaşamasına icazə verir. Ermənistanın qərbi azərbaycanlıların perspektivdə yurdlarına qayıtmasından narahat olmalarının ən bariz təzahürü Əziz Ələkbərlinin dediyi kimi, 8 avqust razılaşmalarından sonra guya QAİ-nin ləğv olunması və dövlətimizin bu məqsədindən əl çəkməsinə dair yaydığı dezinformasiyalar idi. Halbuki bu iddialar tamamilə əsassız idi və sadəcə ictimai rəyə hesablanmışdı. Sonrakı proseslər də bunu açıq şəkildə göstərdi.

Ermənistanın qərbi azərbaycanlıların yurdlarına qayıdışına əngəl olması həm də münasibətlərin normallaşmasını, o cümlədən sülh sazişinin imzalanmasını ləngidə bilər. Bunu İrəvan da başa düşməli və beynəlxalq hüquq normalarının icrasına əngəl yaratmamalıdır.

Sözsüz ki, qərbi azərbaycanlılar öz yurdlarına qayıdacaqlar. Bu, sadəcə zaman məsələsidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri