Icma.az
close
up
AZ
Menu

В Украине атакована ж/д станция: есть погибший и раненые

Легионер Шамахы: Судьи тоже делают выводы из своих ошибок

В Нахчыване обсудили меры по развитию сельского хозяйства и аквакультуры на 2026 2030 годы

В Джалилабадском районе скончался экс чиновник

Он съест твой язык и заговорит вместо тебя

Трамп сообщил о планах главы Nvidia разработать три новых чипа

Суд в Баку отказал 74 летней обвиняемой в переводе под домашний арест

В Шахрисабзе представлена Азербайджанская культура: Неделя литературы и искусства (ФОТО)

Она молчала. Говорил ее платок

Симоньян и компания нашли новую игрушку: алиевская конституция .

Число загрузок приложения SİMA İmza превысило 8 млн представитель AzInTelecom

In App QR и другие платежные инструменты: банки АР расширяют линейку продуктов для бизнеса

В Баку состоялся юбилейный концерт композитора Лалы Джафаровой ФОТО

Спортивный арбитражный суд признал сборную Сенегала победителем Кубка африканских наций‑2025

Доля факторинга в ВВП Азербайджана составляет менее 1% против 12 13% в Европе

Банк России назвал приоритетные направления развития платежной системы

В Азербайджане хурма подешевела до 30 50 гяпиков: фермеры жалуются на убытки

Раздутая цена на недвижимость в Баку: что показал наш анализ 13 ти тысяч объявлений о продаже квартир

Сегодня 6 лет со дня освобождения Кяльбаджара от оккупации

Отрезанная от мира деревня что там произошло… (ФОТО)

İşğaldan Zəfərə, Zəfərdən quruculuğa Kəlbəcərin beşillik yolu

İşğaldan Zəfərə, Zəfərdən quruculuğa Kəlbəcərin beşillik yolu

Согласно сайту Day.az, передает Icma.az.

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər qədim tarixi, minilliklərə söykənən mədəni irsi, təbii sərvətləri və strateji mövqeyi ilə Azərbaycanın ən dəyərli bölgələrindən biridir. İşğaldan əvvəl burada aşkar edilmiş 30 min illik yaşayış izləri, qədim qaya təsvirləri, türk əlifbası nümunələri və tarixi abidələr regionun Azərbaycan mədəniyyətinin mühüm beşiyi olduğunu təsdiqləyir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, 1993-cü ildə Kəlbəcərin işğalı xalqımız üçün böyük faciə olmuş, yüzlərlə dinc sakin qətlə yetirilmiş, on minlərlə insan öz doğma yurdlarından didərgin düşmüş, rayonun mədəniyyət, təhsil, səhiyyə və sosial infrastrukturu tamamilə dağıdılmışdı:

"Ermənistanın bölgədə həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti, ərazilərə vurduğu ağır ekoloji və maddi ziyan beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi. Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Kəlbəcər rayonunun şimal hissəsində mühüm strateji yüksəkliklər azad edildi. Bu, Ermənistan ordusunun hərbi-logistik təminatını iflic edərək 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edən əsas amillərdən biri oldu. 25 noyabr 2020-ci ildə Kəlbəcərin bir güllə atılmadan, diplomatik üstünlük yolu ilə Azərbaycana təhvil verilməsi müasir tariximizin ən böyük siyasi nailiyyətlərindəndir."

Deputat qeyd edib ki, 1993-cü il 30 aprel tarixli 822 saylı BMT Təhlükəsizlik Şurası Qətnaməsi Ermənistan-Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş ilk beynəlxalq sənəddir və Kəlbəcərin işğalına dünya birliyinin verdiyi rəsmi reaksiyanı əks etdirirdi:

"Qətnamədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bu sənəd beynəlxalq hüquq baxımından Ermənistanın işğalçı tərəf olduğunu təsdiqləyən fundamental normativ akt idi. Lakin rəsmi İrəvan bu tələbə əməl etmədi və uzun illər ərzində qətnamənin icrasından imtina etdi. BMT TŞ-nin daimi üzvləri də daxil olmaqla beynəlxalq təşkilatlar qətnamənin icrası üçün mexanizmlər tətbiq etmədilər. Qətnamənin yerinə yetirilməməsi beynəlxalq hüquq sisteminin selektivliyini və ikili standartlar siyasətinin mövcudluğunu bir daha üzə çıxardı. Nəticədə Kəlbəcər və digər ərazilər 2020-ci ilədək faktiki işğal altında qaldı və milyonlarla azərbaycanlının fundamental hüquqları pozuldu."

S.Mikayılova əlavə edib ki, 1999-cu ildən etibarən Ermənistan Kəlbəcər də daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərində məqsədyönlü və planlı şəkildə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başladı:

"Bu fəaliyyət Cenevrə Konvensiyalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə, beynəlxalq humanitar hüququn əsas normalarına tam zidd idi."

Deputat qeyd edib ki, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər nəzarətimizə keçəndən sonra rayonda böyük quruculuq işləri görülməyə başlandı:

"Kəlbəcər şəhəri və rayonunun bütövlükdə yenidən qurulması Azərbaycan Respublikasının azad edilmiş ərazilərdə həyata keçirdiyi ən böyük urbanizasiya, infrastruktur və sosial-iqtisadi inkişaf layihələrindən biridir. İşğal nəticəsində tamamilə dağıdılmış Kəlbəcər bu gün ölkədə "ağıllı şəhər", "yaşıl enerji zonası", müasir kənd təsərrüfatı və turizm mərkəzi konseptlərinin tətbiq edildiyi əsas regionlardan birinə çevrilir. Bütün bu proseslər həm dövlət siyasətinin prioritetlərindən, həm də Prezident İlham Əliyevin bölgəyə ardıcıl səfərləri zamanı müəyyən etdiyi strateji inkişaf vizyonundan irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş planı" rayonda müasir, funksional və ekoloji dayanıqlı şəhər modelinin qurulmasını nəzərdə tutur. Şəhərin ərazisi iki dəfədən çox genişləndirilir, yeni yaşayış məhəllələri, inzibati binalar, parklar, məktəblər, bağçalar, xəstəxanalar və idman obyektləri inşa olunur. Yaşıllıq sahəsinin adambaşına düşən norması ölkə üzrə ən yüksək göstəricilərdən biridir. "
S.Mikayılova qeyd edib ki, Vətən müharibəsində Zəfərdən sonra Kəlbəcərdə həyata keçirilən yenidənqurma və bərpa proqramı Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə apardığı ən böyük və ən çətin layihələrdən biridir:

"İşğal zamanı tamamilə dağıdılmış şəhər və kəndlərin, yol-nəqliyyat, enerji, təhsil, səhiyyə və turizm infrastrukturunun bərpası qısa müddətdə geniş miqyasda həyata keçirilir və Kəlbəcər bu gün ölkənin ən sürətli dəyişən bölgələrindən birinə çevrilir. Kəlbəcərə ilk köç bu ilin avqustun 21-də həyata keçirildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərinin açarını təqdim etdi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni Kəlbəcərin ilk sakinlərini təbrik etdi."

S.Mikayılova əlavə edib ki, Kəlbəcər şəhərində yüzlərlə ailənin yaşayacağı yeni məhəllələr tikilir:

"Hazırda 524 ailəlik kompleksin ilk mərhələsinə köçürmə həyata keçirilir, yeni çoxmənzilli binalar, sosial obyektlər, park və istirahət zonaları istifadəyə verilir. Digər yaşayış komplekslərinin də təməlləri qoyulub və sürətlə tikinti gedir. Yanşaq, Zallar, Zar kimi böyük kəndlərin tamamilə yenidən layihələndirilməsi və qurulması aparılır. Bu kəndlərdə yüzlərlə fərdi ev, məktəblər, bağçalar, ictimai obyektlər inşa edilir. Məskunlaşdırma mərhələli şəkildə həyata keçirilir və hər bir kənd müasir kənd modeli kimi formalaşır. Bundan başqa yol-nəqliyyat, enerji infrastrukturu, turizm, sosial infrastruktur layihələri sürətlə həyata keçirilir."

Не пропустите дальнейшие события, следите за актуальными новостями на Icma.az.
seeПросмотров:191
embedИсточник:https://news.day.az
archiveЭта новость заархивирована с источника 25 Ноября 2025 11:52
0 Комментариев
Войдите, чтобы оставлять комментарии...
Будьте первыми, кто ответит на публикацию...
topСамые читаемые
Самые обсуждаемые события прямо сейчас

В Украине атакована ж/д станция: есть погибший и раненые

24 Ноября 2026 12:56see297

Легионер Шамахы: Судьи тоже делают выводы из своих ошибок

23 Ноября 2026 22:04see266

В Нахчыване обсудили меры по развитию сельского хозяйства и аквакультуры на 2026 2030 годы

23 Ноября 2026 21:29see240

В Джалилабадском районе скончался экс чиновник

24 Ноября 2026 04:31see227

Он съест твой язык и заговорит вместо тебя

24 Ноября 2026 12:24see221

Трамп сообщил о планах главы Nvidia разработать три новых чипа

23 Ноября 2026 21:17see220

Суд в Баку отказал 74 летней обвиняемой в переводе под домашний арест

23 Ноября 2026 23:05see219

В Шахрисабзе представлена Азербайджанская культура: Неделя литературы и искусства (ФОТО)

23 Ноября 2026 20:43see211

Она молчала. Говорил ее платок

24 Ноября 2026 15:18see198

Симоньян и компания нашли новую игрушку: алиевская конституция .

25 Ноября 2026 00:20see197

Число загрузок приложения SİMA İmza превысило 8 млн представитель AzInTelecom

24 Ноября 2026 15:28see191

In App QR и другие платежные инструменты: банки АР расширяют линейку продуктов для бизнеса

24 Ноября 2026 16:22see186

В Баку состоялся юбилейный концерт композитора Лалы Джафаровой ФОТО

24 Ноября 2026 18:27see184

Спортивный арбитражный суд признал сборную Сенегала победителем Кубка африканских наций‑2025

24 Ноября 2026 21:51see183

Доля факторинга в ВВП Азербайджана составляет менее 1% против 12 13% в Европе

24 Ноября 2026 17:30see183

Банк России назвал приоритетные направления развития платежной системы

24 Ноября 2026 15:42see182

В Азербайджане хурма подешевела до 30 50 гяпиков: фермеры жалуются на убытки

25 Ноября 2026 01:00see180

Раздутая цена на недвижимость в Баку: что показал наш анализ 13 ти тысяч объявлений о продаже квартир

24 Ноября 2026 18:09see176

Сегодня 6 лет со дня освобождения Кяльбаджара от оккупации

25 Ноября 2026 01:15see174

Отрезанная от мира деревня что там произошло… (ФОТО)

23 Ноября 2026 20:49see161
newsПоследние новости
Самые свежие и актуальные события дня